Yuxarı

"Azercell" və UiPath əməkdaşlığa başlayır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Azercell" və UiPath əməkdaşlığa başlayır

Ölkənin lider mobil operatoru Azercell rəqəmsal transformasiya strategiyasının növbəti mərhələsində korporativ müştərilər üçün Robotik Avtomatlaşdırma Həlli (RPA) xidmətini istifadəyə verir. Yeni xidmət biznesin avtomatlaşdırılması və süni intellekt texnologiyaları sahəsində qlobal liderlərdən biri olan UiPath (NYSE: PATH) ilə qurulmuş strateji tərəfdaşlıq çərçivəsində təqdim olunur.

Bu əməkdaşlıq yerli müəssisələrə daxili prosesləri sadələşdirməyi, əməliyyatların səmərəliliyini artırmağı və ağıllı avtomatlaşdırma texnologiyaları vasitəsilə resurslardan daha effektiv istifadəni mümkün edir.

Azercell-in təqdim etdiyi RPA platforması orta və iri bizneslər üçün nəzərdə tutulub və gündəlik iş axınında əlavə vaxt, resurs tələb edən, təkrarlanan proseslərin avtomatlaşdırılmasına şərait yaradır. Bu texnologiya müəssisələrə əməliyyat dəqiqliyini artırmaq və məhsuldarlığı yüksəltməklə yanaşı, iş yükünün daha effektiv bölüşdürülməsinə imkan verir. Ətraflı məlumat üçün: https://www.azercell.com/az/corporate/iot/rpa.html

Tərəflər arasında əməkdaşlığın yeni perspektivləri və Azercell-in RPA sahəsindəki bir illik təcrübəsi “Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalova və UiPath şirkətinin Türkiyə və Şərqi Avropa üzrə vitse-prezidenti cənab Tuğrul Cora arasında keçirilən görüşdə müzakirə olunub.

“Ölkənin rəqəmsal ekosisteminin aparıcı qüvvələrindən biri olaraq Azercell biznes tərəfdaşlarının avtomatlaşdırma texnologiyalarından faydalanmasına dəstək verməyə hazırdır,” – deyə Zərinə Zeynalova bildirib. “Artıq şirkət daxilində bir neçə istiqamətdə RPA həllərini tətbiq etmişik və bu texnologiyanın məhsuldarlıq, dəqiqlik və ümumi əməliyyat səmərəliliyinə əhəmiyyətli töhfələr verdiyini aydın şəkildə müşahidə edirik. Süni intellekt əsaslı innovativ platformamız korporativ müştərilərimizin gündəlik əməliyyatlarını sadələşdirməyə xidmət edir. Əsas məqsədimiz transformasiya dövründə müştərilərimiz üçün etibarlı biznes tərəfdaşı olmaqdır.”

Cənab Tuğrul Cora isə əməkdaşlıqla bağlı fikirlərini belə ifadə edib: “Azercell ilə əməkdaşlığımız şirkətin daxili proseslərinin rəqəmsal transformasiyasına mühüm töhfə verib. Əldə olunan nəticələr məhsuldarlığın və əməliyyat səmərəliliyinin əhəmiyyətli dərəcədə artdığını göstərir. İnanırıq ki, süni intellekt və avtomatlaşdırma texnologiyalarının Azərbaycanda sürətli tətbiqi bizneslərin rəqabət qabiliyyətinin və ümumi məhsuldarlığın yüksəlməsinə ciddi təsir göstərəcək. Azercell ilə tərəfdaşlıq çərçivəsində yerli müəssisələrin rəqəmsal transformasiya yolunda uğur qazanmalarına dəstək verməyi hədəfləyirik.”

Görüş çərçivəsində tərəflər Azərbaycanda rəqəmsal innovasiyaların inkişafı istiqamətində gələcək strateji təşəbbüsləri də müzakirə ediblər.

Tarix
2025.04.21 / 15:08
Müəllif
Axar.az
Digər xəbərlər

32 nəfər Almaniyadan Azərbaycana gətirildi

İmaməli Rəhman Azərbaycana gəldi

Bakı ilə Aktau və Kurık limanları arasında əməkdaşlıq...

Şövkət Mirziyayev də Bakıya gəldi

Qırğızıstan prezidenti Azərbaycana gəldi

İranın haker qrupu Azərbaycana hücumu etiraf etdi

Tokayev Azərbaycana gəldi - Foto

AQEM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası keçirildi

Azərbaycan regionda əsas tərəfdaşımızdır - Hersoq

Lavrov Bakıya gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla