Yuxarı

Neftçalada çətənə əməliyyatı: 127 ədəd

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Neftçalada çətənə əməliyyatı: 127 ədəd

Neftçalada külli miqdarda narkotik xassəli çətənə bitkisi aşkarlanıb.

Report xəbər verir ki, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Astanlı kənd sakini, 50 yaşlı İlham Rahil oğlu Rəsulovun fərdi yaşayış evinin həyətyanı sahəsinə hal şahidlərinin və aqronom mütəxəssislərin iştirakı ilə baxış keçirilməsi ilə bağlı təxirəsalınmaz qərar qəbul olunub. Nəticədə narkotik xassəli çətənə bitkiləri aşkar olunub.

Məlum olub ki, İ.Rəsulov çətənə kollarını aqrotexniki qaydada becərirmiş. Həmin ərazidə çətənə bitkilərinə qulluq etməkdən ötrü azot gübrəsi və peyin də aşkar edilərək götürülüb. Yaşıl kütləsi 10 kiloqram olan 127 ədəd narkotik xassəli çətənə kolları kökündən çıxarılaraq qablaşdırılıb və maddi sübut kimi polis şöbəsinə aparılıb.

Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Tarix
2016.06.06 / 21:57
Müəllif
Axar.az
Digər xəbərlər

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

Kərki Azərbaycana qaytarılır - Müzakirələr qızışır

Pakistanda azərbaycanlı qadına təcavüz edildi

Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla