Yuxarı

Estetik klinikada ölüm: Klinika rəhbəri jurnalisti təhqir etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Estetik klinikada ölüm: Klinika rəhbəri jurnalisti təhqir etdi

Xəbər verdiyimiz kimi, Azərbaycanda “Gül Əliyeva” kimi tanınan Gülsüm Əliyeva rəsmi tibbi təhsilə malik olmadan estetik əməliyyatlar aparmaqda ittiham olunur. Jurnalist Qənirə Ataşovanın paylaşımına və əldə olunan sənədlərə əsasən, Gülsüm Əliyevanın Gəncə şəhərində yerləşən VMR klinikasında liposaksiya əməliyyatı apardığı və nəticədə Gülbəniz Bayramova adlı şəxsin vəfat etdiyi bildirilir.

Axar.az xəbər verir ki, VMR klinikasının rəhbəri Vüsal Hüseynov (həmçinin Gülsüm Əliyevanın həyat yoldaşıdır) bu iddialara cavab olaraq öz sosial şəbəkəsində paylaşım edib.

Paylaşımda Hüseynov jurnalist Qənirə Ataşovanı təhqir edib və onun paylaşımını “təxribat” adlandırıb.

Qeyd edək ki, jurnalist Qənirə Ataşova bu məsələ ilə bağlı Azərbaycan hüquq-mühafizə orqanlarına və ABŞ hökumətinə müraciət etdiyini bildirib. Onun sözlərinə görə, Vüsal Hüseynov bir müddət əvvəl də ailəsi haqqında yayılan təhqiramiz videoların müəllifidir və hazırda onun və övladlarının həyatına birbaşa təhdid yaradıb. Ataşova Vüsal Hüseynovun özünü “qanuni oğrularla əlaqəli iş adamı” kimi təqdim edərək, oğullarını öldürəcəyi ilə hədələdiyini iddia edib.

Tarix
2025.04.25 / 12:05
Müəllif
Maral Şahverdili
Digər xəbərlər

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla