Yuxarı

Bakıda piyadanı döyən sürücü işdən çıxarıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda piyadanı döyən sürücü işdən çıxarıldı - Video

Bakıda "Bakı Bus"un sürücüsü piyadanı döyüb.

Axar.az xəbər verir ki, Bakı Bus MMC-nin mətbuat katibi Əsmər Əliyeva Oxu.az-a məlumatı təsdiqləyib.

O qeyd edib ki, insident ötən gün, saat 19:30-da Bakı Bus MMC-nin istismarında olan 11 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 90 JY 786 dövlət qeydiyyat nişanlı avtobusda sürücü ilə piyada arasında baş verib.

"Video-müşahidə kameralarının görüntülərinin təhlili nəticəsində müəyyən olunub ki, avtobus sürücüsü Babək Əsgərov piyada keçidində piyadanın keçidinə üstünlük verməyərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub, piyadanın irad bildirməsi zamanı isə aralarında xoşagəlməz mübahisə yaranıb.

Sözügedən hadisə ilə bağlı avtobusun sürücü Babək Əsgərovun əmək fəaliyyətinə Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq xitam verilməsi barədə qərar qəbul edilib.

Bir məsələyə də aydınlıq gətirmək istərdim ki, bu hadisədə iştirak edən sürücü daha əvvəl yol-nəqliyyat hadisəsi törətmiş şəxs deyil. Həmin hadisə zamanı ictimaiyyətə verilən açıqlamada da qeyd olunduğu kimi, hadisənin iştirakçısı sürücü Ramin Təhməzov olub", - deyə Ə. Əliyeva vurğulayıb.

Qurum rəsmisi onu da diqqətə çatdırıb ki, Bakı Bus MMC-də hər gün səhər reysə çıxmazdan əvvəl sürücülərə nəqliyyat vasitəsini idarə etmək üçün "Yol vərəqəsi" təqdim olunur.

"Yol vərəqəsində sürücünün idarə edəcəyi avtobusun dövlət qeydiyyat nişanı qeyd olunur. Hazırda baş vermiş hadisə ilə bağlı aidiyyəti dövlət qurumları tərəfindən araşdırma aparılır. Bakı Bus MMC olaraq yaşanan insidentə görə sərnişinlərimizdən üzr istəyir və belə hallarla qarşılaşdıqda dərhal bizə məlumat vermələrini xahiş edirik", - deyə Ə.Əliyeva bildirib.

Tarix
2025.04.26 / 12:19
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla