Yuxarı

​Şamaxıda qardaş qardaşı güllələdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
​Şamaxıda qardaş qardaşı güllələdi

19:54

Şamaxı rayonunda qardaş qardaşını odlu silahla qətlə yetirib, həyat yoldaşını isə yaralayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, 1971-ci il təvəllüdlü Rəşidzadə Azad Əli oğlu ailə münaqişəsi zəminində ov tüfəngi ilə qardaşı 1967-ci il təvəllüdlü Rəşidov Azər Əli oğlunu güllələyib. Ağır xəsarətlər alan Azər Rəşidov hadisə yerində dünyasını dəyişib.

Hadisə zamanı əlində silah olan Azad Rəşidzadə onun qarşısını kəsən öz həyat yoldaşı 1982-ci il təvəllüdlü İbadova Möminə Əlişah qızına da atəş açaraq onu qolundan yaralayıb. Möminə İbadova Şamaxı Mərkəzi rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

Hadisəni törədən Azad Rəşidzadənin tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Tarix
2016.06.07 / 22:12
Müəllif
Axar.az
Digər xəbərlər

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

Kərki Azərbaycana qaytarılır - Müzakirələr qızışır

Pakistanda azərbaycanlı qadına təcavüz edildi

Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla