Yuxarı

Azərbaycan ordusuna qoşulmaq istəyənlərin diqqətinə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Regional sənəd qəbulu mərkəzlərində müddətdən artıq həqiqi hərbi xidmətə qəbul üçün müraciətin müddəti uzadılıb.

Axar.az xəbər verir ki, bu barədə Milli Müdafiə Universitetindən məlumat verilib.

Bildirilib ki, müddətdən artıq həqiqi hərbi xidmətə qəbul üçün müraciətin müddəti 15 may tarixədək uzadılıb.

Namizədlərin regional sənəd qəbulu mərkəzlərinə yaxınlaşaraq sənədlərini təqdim etmələri yetərli hesab olunur.

Sənəd qəbulu mərkəzləri Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir, Quba, Ağcabədi və Şirvan şəhərlərində yerləşən Dövlət Məşğulluq Agentliyinin məşğulluq filiallarında və xidmət şöbələrində, Bakı şəhərində isə Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda (Ünvan: Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi 9a) fəaliyyət göstərəcək.

Xidmətə təyinat zamanı, kursu müvəffəqiyyətlə başa vurmuş şəxslərə bölgələr üzrə xidmət yerlərinin seçilməsi üçün azad seçim imkanı təqdim edilir. Tələb olunan sənədlər: - kursa qəbul olunmaq barədə ərizə; - anket forması; - tərcümeyi-hal (1 nüsxədə); - təhsil haqqında sənədin surəti (1 nüsxədə); - doğum haqqında şəhadətnamənin surəti (1 nüsxədə); - yaşayış yeri və ailə tərkibi haqqında arayış (1 nüsxədə); - əlavə peşə və ya ixtisasınız varsa təsdiqedici sənədlərin surəti (diplom, sertifikat, şəhadətnamə və s.); - şəxsiyyət vəsiqəsinin surəti və ya yeni nəsil şəxsiyyət vəsiqəsindən çıxarış (1 nüsxədə); - sürücülük vəsiqəsinin surəti (əgər varsa, 1 nüsxədə); - nikah haqqında şəhadətnamənin surəti (evli olduqda, 1 nüsxədə); - həyat yoldaşının və uşaqların şəxsiyyət vəsiqələrinin surəti (1 nüsxədə); - rəngli fotoşəkil (baş geyimsiz, anfas, 6 ədəd 3x4 sm, 2 ədəd 4.5x6 sm və 3 ədəd 9x12 sm); - hərbi biletin bütün vərəqlərinin surəti (notarial qaydada təsdiq olunmuş, 1 nüsxədə); - psixonevroloji, narkoloji, vərəm və dəri- zöhrəvi dispanserlərindən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar.

Qeyd edək ki, müddətdən artıq həqiqi hərbi xidmətdən "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.

Tarix
2025.04.29 / 01:16
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev İran şirkətlərini Azərbaycana dəvət etdi

Milyonçunun pulunu mənimsəyən Əbiyevin kürəkəni olub?

İlham Əliyev və Pezeşkianın iştirakı ilə forum keçirildi

Bakı merinin bu cavabı Pezeşkianı təəccübləndirdi - Video

Pezeşkianın Azərbaycan səfəri başa çatdı

Regionda Azərbaycanla dördyol ola bilərik - Pezeşkian

Əliyevin Pezeşkianla görüşündən yeni görüntülər yayıldı - Video

Pezeşkian Bibiheybət məscidini ziyarət etdi

Şuşanın işğalı barədə videomateriallar göstərildi

Azərbaycanla dünyanın ehtiyaclarını ödəyə bilərik - Pezeşkian

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla