Yuxarı

Cahangir Hacıyevin şəriki ilə bağlı şok faktlar...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cahangir Hacıyevin şəriki ilə bağlı şok faktlar...

Rusiya Federasiyasının Baş Prokurorluğu və Mərkəzi Bankı fərari ukraynalı siyasətçi Taras Kozak barəsində cinayət işi qaldıra bilər.

Axar.az lent.az-a istinadla xəbər verir ki, o, Honq-Konq və Dubaydakı ofşor şirkətlər zənciri vasitəsilə Moskva Kredit Bankından çıxarılan, sonradan Türkiyədə vəsaitlərin leqallaşdırılması ilə külli miqdarda– 600 milyon dollardan çox pulun yuyulmasında şübhəli bilinir.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, Kozakın əsas şəriki Böyük Britaniya pasportuna sahib azərbaycanlı iş adamı Fuad Hüseynli olub. O, artıq 2023-cü ilin mart ayında Moskvanın Basmannı məhkəməsi tərəfindən başqa bir iş üzrə – Azərbaycan Beynəlxalq Bankından 4,3 milyon dollar və 233 milyon rubl (təxminən 4 milyon 819 min manat) məbləğində vəsaitin mənimsənilməsinə görə məhkum edilib. Hüseynli öz günahını tam etiraf edib, banka dəymiş ziyanı ödəyib və nəticədə bir il yarım müddətinə azadlıqdan məhrum olunub. Bununla belə, Hüseynlinin hələ də Azərbaycandakı banklar qarşısında ödənilməmiş borcları qalır və o, respublikada axtarışdadır.

Taras Kozakın özü isə hazırda Ukraynada vətənə xəyanət ittihamı ilə axtarışdadır. Onun adı uzun müddətdir ki, kölgə maliyyə sxemləri və ofşor strukturlarla hallanır.

Qeyd edək ki, Fuad Hüseynlinin adı Azərbaycan Beynəlxalq Bankı işində hallanır. Belə ki, şahidlərin məhkəmədə verdiyi ifadəyə əsasən, Qazaxıstanda yaradılan şirkətdə Fuad Hüseynli və bankın idarə heyətinin keçmiş sədri Cahangir Hacıyev şərik olublar.

Tarix
2025.04.30 / 16:53
Müəllif
Axar.az
Digər xəbərlər

Liderlər İlham Əliyevi təbrik edir

Qətiyyətli Lider!

Milli Məclisin növbəti iclası başladı

Bayrama görə pul kimə, necə veriləcək? - Dəqiq izah

Vardanyanın vəkili Qərb mediasında bu təbliğatı aparır

Şuşaya hücum hazırlayan məsul şəxsin adı açıqlandı

Azərbaycan benzinini alan erməni oliqarx kimdir?

Taleh Ziyadov bu federasiyanın prezidenti seçildi

Bəxtiyar Vahabzadənin övladları İlham Əliyevə məktub yazdı

Ceyhun Bayramov Ərgüc Kələntərli ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla