Yuxarı

Prezident təsdiqlədi: Bu lampaların satışı qadağan edilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

60 Vt və yuxarı gücə malik olan közərmə lampaların idxalı, istehsalı və satışı qadağan edilir.

Axar.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən elektrik közərmə lampalarının aşağıdakı tarixlərdən idxalı, istehsalı və satışı qadağandır:

- 60 Vt və yuxarı gücə malik olan közərmə lampaları 2026-cı il yanvarın 1-dən;

- 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampaları 2026-cı il iyulun 1-dən.

Tarix
2025.05.01 / 16:27
Müəllif
Axar.az
Digər xəbərlər

Pakistan-Hindistan gərginliyi: XİN açıqlama yaydı

Çin Pakistanı seçdi, Modi Rusiyadan imtina etdi - Nə olacaq?

44 günlük savaş: erməni generallar əsgərləri belə öldürüb - Video

Nikolun Minsk qrupu gedişi: Məqsəd Bakıya təzyiqdir…

Mən həmin vaxt əsayla gəzirdim… - İşxanyan

Koordinasiya Şurasının iclası keçirildi

Nikol Moskvaya gedir: Əliyevlə pərdəarxası görüş olacaq?

Bu nazirliyin yubiley medalı təsis olunur - Təsdiqləndi

Milli Məclisin iclası başladı

Qazaxın azad olunan 4 kəndi ilə bağlı bu işlərə başlanıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla