Yuxarı

Bakıda köhnə tikililərlə bağlı komissiya yaradıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda istismar müddətini başa vurmuş, eyni zamanda şəhərin görkəminə xələl gətirən tikililərin sökülməsi ilə əlaqədar iki komissiya yaradılıb.

Axar.az-ın Report-a istinadən məlumatına görə, Bakı Şəhəri İcra Hakimiyyəti yanında Komissiya Bakı şəhərinin yeni Baş Planına uyğun olaraq Bakı şəhərində və ətraf ərazilərdə 20-ci əsrin əvvəllərində tikilmiş və istismar müddətini başa vurmuş, eyni zamanda şəhərin görkəminə xələl gətirən tikililərin sökülməsi zərurəti, habelə mühəndis-kommunikasiya qurğularının yenilənməsi, ərazinin abadlaşdırılması ilə əlaqədar Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, Nizami, Rza Quliyev, Nabat Aşurbəyova, Mirzə Fətəli Axundzadə, Çingiz Mustafayev və Mirzəağa Əliyev küçələrinin əhatə etdiyi ərazidə yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin satınalınaraq köçürülməsi sahəsində səlahiyyətli olacaq.

Komissiya Yasamal rayonu, Mirzə Fətəli Axundzadə küçəsi, 4 saylı ünvanda fəaliyyət göstərir. Yuxarıda göstərilən ərazidə yaşayan sakinlərdən sahibi olduqları tikililərə dair müvafiq sənədlərlə Komissiyaya müraciət etmələri xahiş olunur.

Ümumi prosesə, şəffaflığın təmin olunmasına nəzarəti isə Nazirlər Kabineti yanında yaradılmış xüsusi Komissiya həyata keçirəcək.

Tarix
2025.05.01 / 18:52
Müəllif
Axar.az
Digər xəbərlər

Moskvada parad vaxtı Netanyahu və Ərdoğanın Bakıya gəlişi...

Pakistan-Hindistan gərginliyi: XİN açıqlama yaydı

Çin Pakistanı seçdi, Modi Rusiyadan imtina etdi - Nə olacaq?

44 günlük savaş: erməni generallar əsgərləri belə öldürüb - Video

Nikolun Minsk qrupu gedişi: Məqsəd Bakıya təzyiqdir…

Mən həmin vaxt əsayla gəzirdim… - İşxanyan

Koordinasiya Şurasının iclası keçirildi

Nikol Moskvaya gedir: Əliyevlə pərdəarxası görüş olacaq?

Bu nazirliyin yubiley medalı təsis olunur - Təsdiqləndi

Milli Məclisin iclası başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla