
Limon toxumunu qaynadıb için - Faydaları
02:17
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Şimali Kipr Türk Cümhuriyyətinin adı dəyişdirilə bilər.
Axar.az xəbər verir ki, bunu ŞKTC Prezidenti Ərsin Tatar jurnalist Hilmi Daşdəmirə müsahibəsində deyib.
O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şimali Kiprə gözlənilən səfəri çərçivəsində ölkənin adının dəyişdirilməsi barədə iddialara belə cavab verib:
“Gözləntim bunun olmasıdır. Mən də bu fikirlə bağlı eyni mövqedəyəm. Federasiya dəftəri qapanıb. Artıq “Şimal” da mənasını itirib. Şimal-cənub deyə dövlət yoxdur. Artıq iki fərqli dövlət var”.
Ə.Tatar ŞKTC-nin adının Kipr Türk Cümhuriyyəti olacağını istisna etməyib.
Tarix
2025.05.01 / 22:08
|
Müəllif
Axar.az
|