Yuxarı

İnzaqi ilə Çalhanoğlu mafiya ilə əlaqədə olublar - Şok

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İnter”in baş məşqçisi Simone İnzaqi və yarımmüdafiəçisi Hakan Çalhanoğlu mafiya əlaqələri ittihamı ilə 1 oyunluq cəzalanıb.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, bundan əlavə, onlar cərimə də ödəyəcəklər.

Mənbənin bildirdiyinə görə, araşdırma zamanı İnzaqi və Çalhanoğlunun 2023-cü ildə Çempionlar Liqasının “Mançester Siti”yə qarşı keçiriləcək final oyununa əlavə biletlərin paylanması ilə bağlı mafiya ailələrinə bağlı ultra üzvlə əlaqə saxladığı müəyyən edilib.

Ötən ilin sentyabrında “İnter”in bir neçə azarkeşi, eləcə də “Milan” azarkeşləri hədə-qorxu ilə pul tələb etməkdə və digər qanun pozuntularında şübhəli bilinərək həbs edilmişdilər. Bu azarkeşlərin də mafioz ailələrə bağlı olduğu və futbol sənayesi ilə bağlı cinayətlər törətdikləri vurğulanır.

İstintaqla məşğul olan “İnter” və “Milan” prokurorluqla sövdələşməyə qərar verib. Bu halda “neradzurri” 70 min avro, “rossoneri” isə 30 min avro cərimə ödəyəcək. İnzaqi 15 min avro, Çalhanoğlu isə 30 min avro cərimələnib. Onlar A Seriyasının 35-ci turunun “Verona” ilə oyununu (3 may) buraxacaqlar.

Tarix
2025.05.02 / 01:38
Müəllif
Axar.az
Digər xəbərlər

Orta dəhliz bizim üçün vacibdir, Zəngəzur da... - Uraloğlu

Duma deputatından Azərbaycana qarşı aşağılayıcı sözlər…

İlham Əliyevdən Uşaqlar Günü ilə bağlı paylaşım - Video

PA rəsmisi minaya düşən vətəndaşlarımızın sayını açıqladı

Ərdoğan Laçında bununla sübut etdi ki... - Yüce

Səfirimiz İran xarici işlər nazirinin müavini ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə Xankəndi görüşündən danışdı

İki gün ard-arda baş verən mina partlayışları... - XİN

Təyyarə Ermənistanı keçib Azərbaycana endi: Kim icazə verib?

Azərbaycanla İran Araz çayının su ehtiyatlarına dair iclas keçirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla