Yuxarı

Arutyunyan Şuşanın işğalı əməliyyatından danışdı: Guya...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Arutyunyan Şuşanın işğalı əməliyyatından danışdı: Guya...

Özümə sənəd hazırlayanda şahidlər çağırmışdım desinlər ki, guya mən döyüş əməliyyatlarında iştirak etmişəm. Orada mənim həmin dövrdə olan xidmətim əks etdirilməli idi. Onlar orada o məlumatı verməli idilər ki, mənim orada iştirak etməyimin şahidi olublar. Mən, ümumiyyətlə, o məlumatları (döyüşlərlə bağlı – red.) dostlardan almışam və sentyabrdan guya onlarla xidmət etmişəm.

Axar.az xəbər verir ki, bunu erməni separatçılarının Bakıda keçirilən məhkəməsində Araik Arutyunyan Şuşanın işğalı ilə bağlı məhkəmədə yayımlanan videomaterial barədə çıxış edərkən bildirib.

O, döyüşlər zamanı İrəvanda Kənd Təsərrüfatı İnstitutunda ali təhsil aldığını iddia edib:

“Təfsilat barədə qardaşımın gündəliyindən tanışam. Bunlar olmasaydı, 2020-ci il “seçkiləri” zamanı mənim həmin dövrdə xidmətim şübhə altına alınardı. Hansısa bir şey çəkilməli idi və götürülməli idi ki, mən döyüşlərdə iştirak etmişəm. Amma fakt budur ki, mən həmin vaxt tələbə olmuşam”.

O öz vəkilinin sualını cavablandıran zaman isə deyib ki, Qarabağa birdəfəlik 1993-cü il avqustun sonu-sentyabrın əvvəlində köçüb.

Araik Arutyunyan dövlət ittihamçılarının suallarını cavablandırarkən Şuşanın işğalı əməliyyatına rəhbərlik edən şəxslərin Laçın rayonunun işğalında da iştirak etdiklərini bildirib.

O, ötən məhkəmə prosesində nümayiş olunan videomateriala istinad edərək Şuşanın işğalına rəhbərlik edən şəxslərdən (Samvel Babayan, Seyran Ohanyan, Valeri Çitçyan, Arkadi Karapetyan və s.) Valeri Çitçyan istisna olmaqla, digərləri ilə tanış olduğunu deyib:

“Filmdə nə deyilirsə, reallığa uyğundur. Onlar təkcə Şuşa əməliyyatında yox, Laçın əməliyyatında da iştirak ediblər. Demək istəyirəm ki, Şuşa əməliyyatı ilk vahid əməliyyat idi. Onlar əməliyyatı daha bir neçə gün - mayın 17-dən 19-dək davam etdiriblər”.

Tarix
2025.05.02 / 00:13
Müəllif
Axar.az
Digər xəbərlər

Tufan Sadıqova qarşı ağır ittiham: Dövləti aldadıb...

Həbs edilən şəbəkə haqda şok iddia: Elə yüklər daşınıb ki...

Prezidentin ad günündən ailə - Fotosu

Məhz indi Bəylər Əyyubovun bu açıqlaması trend oldu - Video

İlham Əliyevdən xəbərdarlıq: Ayıq olmalıyıq...

Qroznıda AZAL təyyarəsində həlak olanların xatirəsinə abidə...

Prezidentin ayaq saxladığı pilləkənlərdə nə yazılıb? - Video

ABŞ Qəzzada bunu bizə təklif etdi - Hacıyev

Mişa doğru deyir: Hamının arzuladığı hər şeyə nail olan!

Sülh planı Kremlə çatdırıldı: Nələr var və Putin razılaşacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla