Yuxarı

Fonddan xəbərdarlıq: "Sosial yardım" adıyla dələduzluq...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Feysbuk sosial şəbəkəsində "Azərbaycan Sosial Yardım 2025" adlı saxta profil altında guya 3 399 manat ünvanlı sosial yardım almağa kömək göstərən, əslində isə dələduzluq yolu ilə insanları aldadaraq vəsaitlərini ələ keçirmək məqsədi daşıyan səhifə təqdim edilir.

Axar.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat katibi Rəşad Mehdili Feysbuk hesabında yazıb.

Onun sözlərinə görə, daha sonra istifadəçiyə sosial yardım əldə etmək üçün ərizə ilə qeydiyyatdan keçmək təklif olunur:

"Vətəndaşları diqqətli olmağa və həmin saxta profilli səhifəyə inanmamağa, yalan, şirnikləndirici vədlərə aldanaraq fərdi məlumatları barədə dələduzlara məlumat verməməyə çağırırıq.

Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, aztəminatlı ailələrə ünvanlı yardım həmin ailələrin təmsilçiləri tərəfindən elektron qaydada edilmiş müraciət əsasında təyin olunur. Kiminsə müdaxiləsi və ya hər hansı bir sosial şəbəkə səhifəsinin köməyi ilə təyinat aparılmır".

Tarix
2025.05.01 / 23:36
Müəllif
Axar.az
Digər xəbərlər

Bu tibb müəssisələri Səhiyyə Nazirliyinin tabeliyinə verildi

Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olundu

Arutyunyan Şuşanın işğalı əməliyyatından danışdı: Guya...

Balasanyandan Putinə: Kömək et, Qarabağa qayıdaq!

Moskvada parad vaxtı Netanyahu və Ərdoğanın Bakıya gəlişi...

Pakistan-Hindistan gərginliyi: XİN açıqlama yaydı

Çin Pakistanı seçdi, Modi Rusiyadan imtina etdi - Nə olacaq?

44 günlük savaş: erməni generallar əsgərləri belə öldürüb - Video

Nikolun Minsk qrupu gedişi: Məqsəd Bakıya təzyiqdir…

Mən həmin vaxt əsayla gəzirdim… - İşxanyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla