Yuxarı

Avarçəkənlərimiz daha 5 medal qazandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avarçəkənlərimiz daha 5 medal qazandı

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş avarçəkmə üzrə "Prezident Kuboku-2025" beynəlxalq reqatasında ikinci yarış gününə yekun vurulub.

Axar.az xəbər verir ki, Mingəçevirdə yerləşən "Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan reqatada müxtəlif məsafələr üzrə kayak-kanoe və akademik növlərdə mübarizə baş tutub.

Günün ilk yarışında Əlimurad Hacızadə (2011-2012) birnəfərlik kayak qayığı ilə 500 metr məsafədə bürünc medal qazanıb. Eyni məsafəyə Əlimurad Hacızadə (2009-2010) ilə Mustafa Vəlizadə/Elmir Tarverdiyev (2011-2012) cütü ikinci, Sənan Cəfərzadə/Tahir Mövsümov cütü (2011-2012) üçüncü yeri əldə edib. Nurlan Paşayev (2006-2007) isə akademik avarçəkmədə gümüş medala sahib çıxıb.

Turnirin ilk günündə Azərbaycan avarçəkənləri üç bürünc mükafata yiyələnmişdilər.

Qeyd edək ki, reqataya mayın 2-də yekun vurulacaq.

Tarix
2025.05.01 / 20:09
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda 12 yaşlı uşaq "Roblox"a görə binadan özünü atıb - Rəsmi

Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil - Rubinyan

İlham Əliyev Nəhyanla görüşdü, sənədlər imzalandı

Tiktokda ödəniş sistemlərini təqlid edən saytlar aşkarlandı

DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs olundu

Razılaşma mətni: Zəngəzurdan Naxçıvana keçid necə olacaq?

Hakan Fidan Azərbaycana gəlir

Serbiya prezidentindən İlham Əliyevlə bağlı xoş sözlər

Çevik iş saatı tətbiq edilir – Tıxac aradan qalxacaq?

Niyə “Ermənistan tarixi” tədris olunmurdu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla