Yuxarı

Rusiya bu aeroportu açdı - Tiflisdən sərt reaksiya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya bu aeroportu açdı - Tiflisdən sərt reaksiya

Rusiyanın Suxumi hava limanından istifadə etməsi suverenliyin pozulmasıdır.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Rəsmi Tiflis Rusiyanın işğal olunmuş Abxaziya bölgəsində yerləşən Suxumi hava limanından qeyri-qanuni istifadə etməsi və bölgədə hava nəqliyyatını bərpa etməsindən ciddi narahatlığını ifadə edib.

Nazirliyin məlumatına görə, 2025-ci il mayın 1-də Rusiya aviaşirkəti tərəfindən Suxumi hava limanına həyata keçirilən uçuş və hava limanının istismarı ilə bağlı qondarma rejimlə imzalanmış saziş Gürcüstanın suverenliyinin və ərazi bütövlüyünün, eləcə də beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, o cümlədən BMT Nizamnaməsinin və Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Konvensiyasının kobud şəkildə pozulmasıdır.

Bəyanatda qeyd olunur ki, eyni tarixdə Rusiyadan Abxaziyaya dəmir yolu daşımalarının həyata keçirilməsi də narahatlıq doğurur.

“Gürcüstan Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı beynəlxalq mexanizmləri işə salmağa davam edir. Rusiyanın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş qanunsuz addımlarına beynəlxalq ictimaiyyət tərəfindən lazımi cavab verilməsini tələb edir. Həmçinin, Gürcüstan Rusiya Federasiyasını 2008-ci il 12 avqust tarixli atəşkəs razılaşmasına əməl etməyə çağırır”, – nazirliyin açıqlamasında vurğulanır.

Tarix
2025.05.01 / 20:20
Müəllif
Axar.az
Digər xəbərlər

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

Prezidentə təbriklər davam edir

“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” tədbiri keçirildi

Estoniya xarici işlər naziri Bakıya gəlir

İlham Əliyev sərgidən video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla