Yuxarı

FHN-in regional mərkəzində tədbir keçirildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

Axar.az xəbər verir ki, əvvəlcə Ümummilli Liderin anadan olmasının 102-ci ildönümü münasibətilə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin qarşısından start götürən veloyürüş Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin önündə başa çatıb.

Mərkəzin inzibati binasında Ulu Öndərin büstünün önünə gül dəstələri qoyan tədbir iştirakçıları onun əziz xatirəsini dərin ehtiramla yad edib, həyat və fəaliyyətindən bəhs edən foto və kitab sərgiləri ilə tanış olublar.

Dövlət Bayrağının meydana gətirilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev, nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin rəis müavini Gündüz Həmzəyev və digər çıxış edənlər Ulu Öndərin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən, eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin gələcək nəsillər üçün əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, Ulu Öndərin Azərbaycanın tərəqqisinə xidmət edən səmərəli dövlətçilik siyasəti Prezident İlham Əliyev tərəfindən yüksək əzmkarlıqla davam etdirilir və bunun nəticəsi olaraq ölkəmiz beynəlxalq münasibətlər məkanında liderlik mövqeyində dayanıb.

Tədbir musiqi nömrələri, ədəbi-bədii kompozisiyalar, səhnəcik və rəqslərlə davam edib. Şəhid övladlarından təşkil olunmuş “Əmanət” xor qrupunun üzvlərinə hədiyyələr təqdim edilib, o cümlədən veloyürüşün qalibləri mükafatlandırılıblar.

Sonra FHN-in yerli qurumlarının texnika və avadanlıqlarına baxış keçirən tədbir iştirakçılarına onların təyinatı və istifadəsi qaydaları haqqında ətraflı məlumat verilib, uşaqlar xilasedicilər tərəfindən təşkil edilən kombinə olunmuş yanğın estafet oyununda iştirak ediblər.

Tarix
2025.05.06 / 20:44
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan-İran əməkdaşlığı müzakirə edildi

İlham Əliyev Vyetnam agentliyinə müsahibə verdi

Rusiyada bu azərbaycanlıya 14 il həbs cəzası verildi

Rusiyadan deportasiya olunma səbəbim... - Badamov

Azərbaycan-Suriya münasibətləri...

Rusiyanın Badamovla bağlı qərarının gerçək səbəbləri...

Vardanyanın məhkəməsində zərərçəkmiş danışdı

Hikmət Hacıyev Səid Xətibzadə ilə görüşdü - Foto

Aleksandr Turçin Ağdama getdi

BQXK-nın Bakı nümayəndəliyi Azərbaycanı tərk edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla