Yuxarı

Terrora dəstək üçün pul yığdılar - DTX yaxaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Terrora dəstək üçün pul yığdılar - DTX yaxaladı

Terroru maliyyələşdirmədə təqsirləndirilən Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, hazırda Azərbaycandan kənarda yaşayan Şükür Həmidli və Elşən Mustafayev əvvəlcə Türkiyəyə, oradan isə Suriyaya gedərək bu ölkədə vətəndaş müharibəsində iştirak ediblər.

İttihamda qeyd olunub ki, təqsirləndirilən şəxslər sosial şəbəkələrdə topladıqları vəsaiti Şükür Həmidlinin göndərdiyi kartlara köçürüblər.

Sözügedən pullar onların üzvü olduğu “İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına göndərilib. Anar Salamzadə prosesdə deyib ki, Şükür Həmidli onun sinif yoldaşı və dostu olub:

“Şükür bir müddət əvvəl Suriyaya köçüb. O, köçdükdən 3 ay sonra mənə yazaraq bildirdi ki, ailə qurub və hazırda Suriyada vuruşur. Lakin maddi dəstəyə ehtiyacı olduğunu dedi. Daha sonra mənə videolar göndərərək, vəziyyətin acınacaqlı olduğunu və çadır, yemək kimi gündəlik ehtiyaclar üçün pul lazım olduğunu bildirdi. Onlara ərzaq yardımı etmək üçün pul göndərdim. Mənim göndərdiyim pulla silah alınmayıb. İttihamda adı keçən Elşən Mustafayevi və digərlərini tanımıram. İŞİD-lə əlaqəmiz olmayıb. Şükür Həmidlinin də İŞİD-lə əlaqəsi olmayıb. Mən Şəkidə çalışıram, 500-600 manat maaş alıram. Əvvəl də Şəkidə sədəqə vermişəm, yardımlar etmişəm. Terror təşkilatı olduğunu düşünsəydim, yardım etməzdim”.

Daha sonra prosesdə təqsirləndirilən Xəqani Ömərov ifadə verib. Onun sözlərinə görə, Elşən Mustafayev onun yeznəsidir:

"Elşən Mustafayev mənim bacımın həyat yoldaşıdır. Onlar Suriyaya köçüblər. Elşən məndən xahiş etdi ki, bacıma yardım üçün ona bank kartı verim. Mən də kartımı verdim, daha sonra pul köçürmələri başladı. Ona kimlərin pul göndərdiyini bilmirəm. Ümumiyyətlə, Suriyaya heç bir pul köçürməsi etməmişəm. Onlar Suriyadakı evlərini satıb Sumqayıtda ev alacaqdılar. Demişdi ki, bacımı Azərbaycana göndərmək istəyirlər. Mən sadəcə 30 min pulun yığılması zamanı dəstək olmuşam. Terrora dəstəklə bağlı məlumatım olmayıb”.

Növbəti proses mayın 27-ə təyin olunub.

Qeyd edək ki, adıçəkilən şəxslər DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. İstintaq orqanı müəyyən edib ki, təqsirləndirilən şəxslər terrorçuluğa dəstək məqsədilə xarici ölkədə fəaliyyət göstərən müəyyən şəxslərə maliyyə vəsaitləri köçürüblər. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğun maliyyələşdirilməsi) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə ilə təqsirli bilinən şəxslər 10 ildən 14 ilədək azadlıqdan məhrum edilə bilərlər.

Tarix
2025.05.07 / 09:15
Müəllif
Axar.az
Digər xəbərlər

Onlara pulsuz silahlar verirdilər, özü də milyardlarla dollarlıq...

Sülhün təşəbbüskarı bizik, ancaq işğalı necə unuda bilərik?!

Bu, Ermənistanın məqsədyönlü siyasəti idi...

Əminəm ki, burada rahat yaşayacaqsınız - Prezident

Orban İlham Əliyevi təbrik etdi

Bu, Heydər Əliyevin bizə mirasıdır - Ərdoğan

Saakaşvili İlham Əliyevi təbrik etdi: Qafqazın böyük oğlu...

Liderlər İlham Əliyevi təbrik edir

Ərdoğan İlham Əliyevi təbrik etdi

İsrail prezidenti İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla