Yuxarı

Binə sakinlərinə sevindirici xəbər: İllər sonra...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Binə sakinlərinə sevindirici xəbər: İllər sonra...

Bakının ən böyük qəsəbələrindən biri də Binədir. Son illərdə qəsəbə sakinlərinin sayı dinamik sürətdə artmağa davam edir. Lakin tıxac problemini və əhalinin sıxlığını nəzərə alsaq, Binə sakinlərinin şəhərə gəliş-gedişi xeyli çətinləşib. Bu məqamda ağlımıza alternativ nəqliyyat yolu kimi vaxtilə mövcud olmuş dəmir yolu gəlir.

"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsinə dair Tədbirlər Planına əsasən, 2026-2028-ci illərdə Bakıxanov-Binə-Qala dəmiryol xəttinin bərpası nəzərdə tutulur.

Bəs görəsən, "2026-2028-ci illərdə Bakıxanov-Binə-Qala dəmiryol xəttinin bərpası" dedikdə tam olaraq nə nəzərdə tutulur? Qəsəbə sakinləri Binədən hansı istiqamətlərə gedə biləcəklər?

Axar.az xəbər verir ki, Azərbaycan Dəmir Yolları QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Bəxtiyar Hacıyev Oxu.az-a açıqlamasında hazırda Bakıxanov-Binə-Qala dəmiryol xətti yükdaşımaları üçün istifadə olunduğunu bildirib:

"Gələcəkdə bu xətt həm də sərnişindaşıma məqsədilə istismar olunacağı təqdirdə, sərnişinlər Binədən Bakıxanov, Koroğlu, Keşlə stansiya və dayanacaqlarına və Bakı Dəmiryol Vağzalına gedə biləcəklər. Eyni zamanda, Bakıxanov dayanacağından Sabunçu, Zabrat-1, Zabrat-2, Məmmədli, Pirşağı, Görədil, Novxanı və Sumqayıt istiqamətinə səfər edə biləcəklər".

Tarix
2025.05.19 / 16:57
Müəllif
Axar.az
Digər xəbərlər

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla