Yuxarı

Azərbaycanda ən çox kimlər ipoteka krediti götürür?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda ipoteka kreditləri üzrə borcalanların əksəriyyətini dövlət sektorunda çalışan şəxslər təşkil edir.

Axar.az xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondunun statistikasında bildirilib.

İlin birinci rübündə ipoteka krediti alanların 30,708 nəfəri dövlət sektorunda, 23,077 nəfəri isə özəl sektorda çalışıb. Faiz nisbəti ilə əsaslandırsaq ipoteka kreditlərinə müraciət edənlərin 57%-nin dövlət sektorunda, 43%-nin isə özəl sektorda işlədiyi məlum olur.

Güzəştli şərtlərlə borclananlar arasında hərbi qulluqçular üstünlük təşkil edir

İpoteka kreditləri üzrə güzəştli kateqoriyaya daxil olan borcalanlar arasında ən böyük payı hərbi qulluqçular təşkil edir. Onların sayı 8,913 nəfərə çatır. Bu, ümumi güzəştli borcalanların yarısından çoxu (51.29%) deməkdir. Digər güzəştli kateqoriyalar üzrə borcalanların kateqoriyalar üzrə bölgüsü aşağıdakı kimidir:

Dövlət qulluqçuları – 2,949 nəfər (16.97%)

Daxili işlər orqanlarında xüsusi rütbəli şəxslər – 1,855 nəfər (10.68%)

Müəllimlər – 1,754 nəfər (10.09%)

Elmlər doktoru və ya namizədləri – 447 nəfər (2.57%)

Məcburi köçkünlər – 1,183 nəfər (6.81%)

Şəhid ailələri – 83 nəfər (0.48%)

İdmançılar – 174 nəfər (1%)

Milli qəhrəman və ya Vətən müharibəsi qəhrəmanları – 11 nəfər (0.06%)

Jurnalistlər – 7 nəfər (0.04%)

Əsas yaş qrupu isə 30-35 yaş arasıdır

Borcalanların yaş qruplarına görə bölgüsünə gəlincə, ipoteka götürən 18,270 nəfər 30–35 yaş arası, 17,798 nəfər 35 yaşdan yuxarı, 17,717 nəfər isə 18–29 yaş arasında olub.

Borcalanların böyük əksəriyyəti kişilərdir

Fondun statistikasına görə, ipoteka kreditləri üzrə müraciət edənlərin əksəriyyəti kişilərdir. Beləliklə, borcalanların 79% kişilər, yalnız 21%-i qadınlardır.

Tarix
2025.05.21 / 19:05
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıdakı partlayışda xəsarət alan varmı? - DİN-dən açıqlama

Azərbaycandan Britaniya deputatlarına etiraz...

Onlarla bağlı təşkilatlara dəfələrlə müraciətlər edilsə də...

Putin və Szinpin bu səfərdən imtina etdilər – Müəmma

Ermənistan XİN-dən Azərbaycanla bağlı açıqlama

Türkiyə MN Azərbaycan Ordusunu təbrik etdi

İran-İsrail qarşıdurması bitdi: Əliyev Pezeşkianı təbrik etdi

Ordumuz regional sülhün və təhlükəsizliyin əsas qarantıdır

İlham Əliyevdən 26 iyunla bağlı paylaşım - Foto

Azərbaycan Ordusunun yaradılmasından 107 il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla