Yuxarı

Azərbaycanın qlobal təşəbbüsləri türk dünyasının inkişafına...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın qlobal təşəbbüsləri türk dünyasının inkişafına...

Türk dövlətləri arasında dostluq və qardaşlıq əlaqələrinin gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Keçən ilin iyul ayında Şuşada keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü də Türk dünyasının daha da güclənməsi istiqamətində atılmış növbəti mühüm addım olmuşdur.

Axar.az xəbər verir ki, bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O bildirib ki, Macarıstanın paytaxtı Budapeşt şəhərində bu il may ayının 21-də isə Təşkilatın ikinci qeyri-rəsmi Zirvə görüşü keçirilib:

“Diqqətəlayiq haldır ki, Macarıstan Türk Dövlətləri Təşkilatında yalnız müşahidəçi qismində iştirak edir. Bununla belə, rəsmi Budapeşt bu mühüm beynəlxalq tədbirə ev sahibliyi etməklə bir daha özünün müstəqil xarici siyasət yürütdüyünü və tarixi köklərinə sadiqliyini təsdiqləmiş oldu. Türk dünyasının birləşməsi bütün türkdilli xalqların gələcəyi üçün son dərəcə önəmlidir. Buna görə də Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr bu istiqamətdə böyük səylər göstərirlər. Təbii ki, Azərbaycan üzv olduğu bütün digər beynəlxalq təşkilatlardakı kimi, Türk Dövlətləri Təşkilatında mühüm təşəbbüslərlə çıxış edir. Budapeşt Sammitində etdiyi çıxışında cənab Prezident İlham Əliyev bildirdi ki, bu il Azərbaycan Türk Dövlətləri Təşkilatının növbəti rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək. Qeyd olundu ki, indiyədək Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. Bu il Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlaması nəzərdə tutulur ki, bu da ümumilikdə Türk dünyasının inkişafına və inteqrasiyasına böyük töhfə olacaq. Hazırda ölkəmizin türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığı getdikcə güclənir. Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur. Nəticədə, açıq dənizlərə çıxışı olmayan Azərbaycan Avrasiyanın əsas nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir”.

K.Qafarov qeyd edib ki, Azərbaycanın beynəlxalq nəqliyyat - logistika sahəsində irəli sürdüyü təşəbbüslər, iştirak etdiyi transmilli layihələr Avrasiya kimi nəhəng coğrafiyada yerləşən bir çox ölkələrin inkişafına mühüm töhfələr verir:

“Dövlət başçımızın çıxışında qeyd olunduğu kimi, keçən il Türkiyәnin vә Mәrkәzi Asiya dövlәtlәrinin Azәrbaycan ərazisindən tranzit keçәn daşımalarının hәcmi 11 milyon ton təşkil etmişdir. Azərbaycan qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaratmış, müştərək müəssisələr qurulmuşdur. Orta Dəhlizin bir hissəsi olan Bakı-Tiflis-Qars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılmışdır. Təbii ki, bütün bu göstəricilər təkcə Azərbaycanın deyil, bu beynəlxalq layihələrin bütün iştirakçı ölkələrinin iqtisadi inkişafına böyük töhfədir. Əminliklə demək olar ki, bu müsbət tendensiya gələcəkdə daha yüksək dinamika ilə davam edəcək”.

Tarix
2025.05.24 / 17:40
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya AZAL təyyarəsinə görə kompensasiya verəcək

Magyar Bakıya münasibətdə Orban ola biləcəkmi?

Latviya prezidenti Azərbaycana gəlir

ABŞ və Azərbaycan rəsmiləri görüşdü

Bakı Moskvanın bundan istifadəsinə icazə verdi - Klimov

İranın təzminat tələbi qanunidirmi? - Ekspert

Samir Oruc vəzifəsindən ayrıldı

Zərifə Əliyevanın vəfatından 41 il ötür

Bu ölkə Azərbaycana başsağlığı verdi

Əmirbəyov Brodski ilə təhlükəsizliyi müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla