Yuxarı

Azərbaycanda dünya çempionu vəhşicəsinə döyüldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda dünya çempionu vəhşicəsinə döyüldü

Ağdamda dünya çempionu bir neçə nəfər tərəfindən döyülüb.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qızılı Kəngərli kəndində baş verib.

Karate üzrə dünya çempionu, güləş üzrə Gəncə şəhər çempionu və Avropa üçüncüsü Taleh Məmmədov kənd ərazisindəki şirkətlərdən birinin həyətində maşın saxlayarkən şirkətin anbar müdiri Ruhil adlı şəxs ona avtomobili həyətdən çıxarmağı tələb edib. Anbar rəisi ilə dünya çempionu arasında mübahisə yaranıb və nəticədə, Ruhil Taleh Məmmədovu qəfil vuraraq yerə yıxıb. Daha sonra şirkətin Saleh adlı direktoru hadisə yerinə gələrək yerdən götürdüyü bel və dəyənəklə Talehə zərbələr endirərək onun qalxmasına mane olub. Şirkətin digər işçiləri də direktor və anbar rəisinə köməyə gələrək, dünya çempionunu dəyənək və bellə döyüblər.

Faktla bağlı cinayət işi başlayıb və iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə Ruhil qazancından iyirmi faiz məbləğdə dövlət nəfinə pul tutulmaqla, bir il müddətə islah işləri cəzasına məhkum edilib.

Tarix
2025.05.29 / 13:34
Müəllif
Axar.az
Digər xəbərlər

XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokolu bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

Gəmi qəzası: Azərbaycanlıların həbs müddəti yenə uzadıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla