Yuxarı

Gəncədə qudalar arasında dava: saxlanılan var - Yenilənib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:34

Gəncədə qohumlar arasında mübahisədə beş nəfər yaralanıb.

Axar.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

Mübahisə zəminində 1980-ci il təvəllüdlü Əli Alışanov bıçaqlanıb, daha sonra isə balta ilə xəsarət alıb.

Onun həyat yoldaşı Aynur Alışanova və 25 yaşlı oğlu Alim Alışanov isə döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

İlkin məlumata görə, onlar qudaları ilə aralarında yaranmış mübahisə zəminində xəsarət alıblar.

Xəstəxanaya yerləşdirilmiş Ə.Alışanovun vəziyyəti ağır qiymətləndirilir.

Bundan başqa, mübahisə zamanı qarşı tərəfdən 1966-cı il təvəllüdlü Zakir Sadıqov və onun oğlu 1999-cu il təvəllüdlü Elşən Sadıqov da xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

***

Gəncə şəhərində qohumlar arasında mübahisədə beş nəfər yaralanıb, saxlanılan var.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidməti Gəncə Regional Qrupundan bildirilib ki, Gəncə şəhərində qohumlar arasında baş verən insident nəticəsində Göygöl sakini Ə.Alışanov kəsici alət xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Polis tərəfindən hadisəni törətməkdə şübhəli bilinən 59 yaşlı Zakir Sadıqov saxlanılıb.

Faktla bağlı Gəncə BPİ-də cinayət işi başlanıb.

Tarix
2025.06.03 / 09:50
Müəllif
Axar.az
Digər xəbərlər

Bayraqdar Azərbaycanda qurduğu şirkətdən danışdı - Video

Prezidentlər Bakı-Təbriz reysinə də diqqət ayırdı

İlham Əliyev Pezeşkianla danışdı

Paşinyan yeni savaşa girdi: əxlaqsız görüntülər yayılacaq?

Xameneinin Trampa ağır cavabı: Sən kimsən ki…

Hikmət Hacıyev bu ölkələrin nümayəndələri ilə görüşdü

Sahibə Qafarova TBMM sədrini təbrik etd

Ukraynanın filmi: Behbudov, Ağdam və işğal... - Video

Qarabağa qarşı olan erməni bu söyüşə görə aparılıb – Video

Bakı Bəyanatı qəbul edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla