Yuxarı

Xəstə oğlunu axtaran ananı maşın vurub öldürdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxda ruhi xəstə oğlunu axtaran qadını maşın vurub.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun mərkəzində baş verib.

Qazax rayonunun İkinci Şıxlı kənd sakini, 1986-cı il təvəllüdlü ruhi xəstə Məqsəd Mustafayev hər gün kənddən rayon mərkəzindəki parklarda gəzməyə gedir, axşamlar isə onu anası Şahlıx Mustafayeva evə qaytarırmış.

Növbəti dəfə Ş.Mustafayeva rayon mərkəzinə oğlunun arxasınca gedərkən rayon mərkəzində "Mersedes-Benz" və "Ford Transit" markalı avtomobillər toqquşub. Toqquşma nəticəsində "Ford Transit" markalı avtomobilin sürücüsü idarəetməni itirib yolun kənarındakı səkiyə çıxıb. Bu vaxt avtomobil səki ilə hərəkətdə olan piyada Şahlıx Mustafayevanı vurub. Yaralı aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə "Ford Transit" markalı avtomobilin sürücüsü üç il azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə məntəqəsində çəkəcək.

Tarix
2025.06.03 / 17:35
Müəllif
Axar.az
Digər xəbərlər

Sabah Bakıda İsrail və Suriya rəsmiləri görüşəcək

ABŞ diplomatı Şəhidlər xiyabanında - Foto

Şlyapa Zahidə hökm oxundu

Kiyev Moskva ilə Bakı arasında təxribat törətməyə hazırlaşır

Qusmanın dövlət mükafatları ləğv edilsin - Mironov

Azərbaycan qazının Suriyaya nəqli bu tarixdən başlayır

Rusiya DİN Şıxlinskini axtarışa verdi - Foto

Rusiya Şıxlinski ilə bağlı qərar verdi

İlham Əliyev Mərakeş Kralını təbrik etdi

Polşada azərbaycanlı tələbəyə hücum: Səfirliyə zəng etsəm də...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla