Yuxarı

Bakıda bu obyekt 6 aydır nə sökülür, nə bərpa edilir - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda bu obyekt 6 aydır nə sökülür, nə bərpa edilir - Foto

Bakı şəhəri, Xətai rayonu, Heydər Əliyev parkının yaxınlığında çayxana kimi fəaliyyət göstərən obyekt bir müddətdir ki, yarısökülmüş vəziyyətdədir: tikili nə tam sökülür, nə də bərpa edilir.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Axar.az-a verilən məlumata görə, obyektə qanunsuz əlavələr edilib və buna görə də söküntü işləri aparılıb.

“Bakı şəhəri, Xətai rayonu, Heydər Əliyev parkının yaxınlığında yerləşən birmərtəbəli mövcud qeyri-yaşayış sahəsinə 16 dekabr 2024-cü il tarixində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən baxış keçirilib. Baxış zamanı obyektin hündürlük və sahə ölçülərində dəyişiklik edilərək yenidənqurma və bərpa işlərinin aparıldığı müəyyən edilib. Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət olunub, görülən tədbirlər nəticəsində qanunsuz əlavələr sökülüb.

Bundan əlavə, 2 iyun 2025-ci il tarixində əraziyə təkrar baxış keçirilib və layihədən kənar dəyişiklik hallarının yenidən baş verdiyi müşahidə olunub. Baş İdarə tərəfindən operativ müdaxilə nəticəsində yenidənqurma işləri dayandırılıb və vəziyyətlə bağlı aidiyyəti qurumlara məlumat verilib”, - deyə açıqlamada qeyd edilib.

Qeyd edək ki, altı ay öncə aparılan söküntü işlərindən sonra obyekt çayxana kimi fəaliyyət göstərməyi dayandırıb. Ancaq söküntü işlərindən sonra həmin obyektin üzərində hansısa təmir işlərinin aparıldığı müşahidə olunmayıb və yarısökülü vəziyyətdə qalıb.

Tarix
2025.06.04 / 12:21
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

Fransanın bu etirazları zorakılıqla yatırmasından 2 il ötür

Bakı neftinin Yaponiyaya ixracı əlavə imkanlar aça bilər

Peter Pelleqrini Azərbaycana bu tarixdə gələcək

300 min azərbaycanlı Ermənistana qayıdır: Harada yaşayacaqlar?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla