Yuxarı

Şəhid ailələri üçün silsilə tədbirlər təşkil olunub - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə şəhid ailələrinin sosial rifahına və şəhid övladlarının mənəvi inkişafına yönəlmiş silsilə tədbirlər həyata keçirilib.

Təşəbbüs çərçivəsində ilk olaraq şəhid ailələrinin əl işlərindən ibarət sərgi-satış yarmarkası təşkil olunub. Artıq ardıcıl dördüncü dəfə keçirilən bu tədbirin əsas məqsədi şəhid ailələrinin həyat keyfiyyətinin artırılması və onların sosial inteqrasiyasına dəstək göstərməkdir. Sərgidə 22 şəhid ailəsi üzvünün hazırladığı rəsm və əl işləri nümayiş etdirilib və satışa çıxarılıb. Nazirlik və onun tabeliyindəki qurumların əməkdaşları tərəfindən həmin məhsulların alınması, ailələrin fəaliyyətinə dəstək məqsədi daşıyıb.

Silsilə tədbirlərin davamı olaraq, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid övladları üçün xüsusi əyləncəli proqram təşkil olunub. 50 şəhid övladının iştirak etdiyi tədbir çərçivəsində uşaqlar at gəzintisi və qayıq turunda iştirak edib, müxtəlif öyrədici və inkişafetdirici oyunlarda bacarıqlarını nümayiş etdiriblər. Onlar həmçinin maraqlı şou proqramları izləyərək, xoş və yaddaqalan anlar yaşayıblar.

Tarix
2025.06.04 / 17:38
Müəllif
Axar.az
Digər xəbərlər

Regionlarda kommunal xidmət üçqat azaldılsa… - Ekspert

Pezeşkianın türk liderlərə zəngi - İran siyasəti dəyişir?

Hindistanın Azərbaycanı bir güllə atmadan məhv etmək "planı"

Rusiya panikada: sərhəddən təcili çıxarılır - Şok

Azərbaycan-Rusiya münasibətləri müzakirə olundu

Prezident Samir Nuriyevə yeni vəzifə verdi - Sərəncam

Azərbaycan XİN Danimarkanı təbrik etdi

Paşinyan 3-cü savaşa başladı, ermənilərə çağırış etdi

Mişustin Azərbaycanı da bu sistemə qoşulmağa çağırdı

Arxivdən Bakıya material ötürülüb? – İrəvan casus axtarır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla