Yuxarı

Nazirlikdən deputatların çoxuşaqlı ailə təklifinə münasibət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlikdən deputatların çoxuşaqlı ailə təklifinə münasibət

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi çoxuşaqlı ailə anlayışının 5 uşaqdan 3 uşağa endirilməsi ilə bağlı təkliflərə münasibətini açıqlayıb.

Axar.az xəbər verir ki, nazirlikdən APA-ya açıqlamada qanunvericiliyə əsasən beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, hər uşağa görə 105 manat məbləğində sosial müavinət təyin edildiyini və uşağın 18 yaşı tamam olan ayın sonunadək ödənildiyi bildirilib.

Qeyd edilib ki, hazırda respublika üzrə 3 minə yaxın qadına 12,7 minə yaxın uşağa görə bu müavinət növü ödənilir:

“Qeyd olunan müavinətin təyin olunması şərtlərinə dəyişiklik edilməsi ilə bağlı hər hansı layihə hazırlanmır”.

Xatırladaq ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev və bir sıra deputatlar çoxuşaqlı ailə anlayışının 5 uşaqdan 3 uşağa endirilməsi ilə bağlı təkliflə çıxış ediblər. Musa Quliyev komitə iclasında qeyd etmişdi ki, aidiyyəti orqanla çoxuşaqlı ailə modelinə yenidən baxılması məsələsi müzakirə olunur və onlar da bu məsələdə müsbət fikirdədirlər.

Tarix
2025.06.10 / 12:59
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Rusiya ilə sənədlər imzaladı

Ermənistandan 960 dollara nə almışıq? - İrəvan təkzib etdi

Kremldən AZAL təyyarəsi ilə bağlı açıqlama

Mustafayevdən Rusiya açıqlaması

Prezident və xanımı Türkiyədə səfərdədir - Foto

Azərbaycandan Ermənistana yüklərin daşınması...

Overçuk Zəngilanda səfərdədir: Mühüm iclas başladı

Sahibə Qafarova Matviyenko ilə görüşdü: AZAL təyyarəsi...

Məktəblərdə atışma: sabotaj, provokasiya, yoxsa... - General

18 gündür infarkt keçirən Nərgiz türmədə ağır durumda...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla