Yuxarı

İşıq, qaz “sabit tarifə” keçir: nə deməkdir və nə olacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İşıq, qaz “sabit tarifə” keçir: nə deməkdir və nə olacaq?

Uzun müddətdir Azərbaycanda elektrik enerjisi və təbii qazın verilməsində limitlərin ləğv olunması məsələsi müzakirəyə çıxarılırdı. Ancaq limitlərin ləğv olunması nə ilə nəticələnə bilər və bunun qiymət dəyişikliklərinə səbəb olub-olmaması sual yaradır. Azərbaycan enerji ölkəsidir və biz elektrik enerjisini istehsal etməklə yanaşı, ixrac da edirik – o cümlədən də qaz. Ona görə də limitlər ləğv olunmaldır. Amma ümid edirəm ki, limitlərin ləğv olunması ilə paralel qiymət artımı həyata keçirilməz.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli Milli Məclisdə müzakirə olunan elektrik enerjisi və qaz təchizatı ilə bağlı sabit tarif təklifini şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, limit ləğvi və sabit tarifə keçid zamanı qiymətlərin 20% civarında artma ehtimalı var:

“Hesab edirəm ki, qiymət artımı olarsa, bu, biznesə də mənfi təsir göstərəcək və ümumilikdə ölkədə inflyasiyaya təkan verəcək. Ona görə də ümid edirəm ki, bahalaşma olmayacaq”, - ekspert bildirib.

Qeyd edək ki, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Elektroenergetika haqqında” və “Qaz təchizatı haqqında” yeni qanun layihəsində sabit aylıq tarif tətbiq edilməsi təklif olunub.

Tarix
2025.06.10 / 20:40
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...

Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?

Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi

ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi

Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir

İsrailin XİN başçısı Azərbaycana səfər edəcək - KİV

Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər

ABŞ-ın İranla bağlı son qərarı: Azərbaycanlıları gözləyir

Tramp Azərbaycanın xəbər kanalından video paylaşdı

Bu ölkə iki yerə bölünə bilər - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla