Yuxarı

Rəştə təcili enişə məcbur olan AZAL təyyarəsi Bakıda...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəştə təcili enişə məcbur olan AZAL təyyarəsi Bakıda...

21:55

Səudiyyə Ərəbistanının Ciddə şəhərindən azərbaycanlı zəvvarların ilk qrupunu Bakıya gətirən təyyarə təcili olaraq İranın Rəşt şəhərinə eniş edib.

Axar.az xəbər verir ki, bu barədə Oxu.az-a təyyarədə olan zəvvarlardan biri məlumat verib.

Bildirilib ki, zəvvarlardan birinin səhhəti pisləşdiyindən təyyarə heyəti uçuş zamanı təcili qərar qəbul edərək, təyyarəni İranın Rəşt şəhərinə endirməyə məcbur olub.

***

Azərbaycanlı zəvvarları daşıyan təyyarənin İrana təcili eniş etməsinin təfərrüatı məlum olub.

Ciddə şəhərindən azərbaycanlı zəvvarların ilk qrupunu Bakıya gətirən AZAL-a məxsus təyyarədə sərnişinlər arasında fiziki məhdudiyyətli şəxs də olub. Sözügedən zəvvar, Tural Mehdiyev əlil arabasında hərəkət edib.

Uçuş zamanı əlil arabasında olan fiziki məhdudiyyətli zəvvarın səhhəti qəflətən pisləşib. Bu səbəbdən təyyarə heyəti təcili qərar qəbul edərək, təyyarəni ən yaxın hava limanı olan İranın Rəşt şəhərinə endirmək məcburiyyətində qalıb. Tural Mehdiyev və onun qardaşı Xəyal Mehdiyev İranda təcili tibbi yardım maşını ilə xəstəxanaya yola salınıblar.

Hazırda müvafiq protokollar imzalanıb. Uçuşun baş tutması üçün hazırlıqlar görülür.

***

İranın Rəşt şəhərindəki hava limanına təcili eniş edən AZAL-a məxsus sərnişin təyyarəsi artıq Bakıya qayıdıb.

Həcc ziyarətində olmuş zəvvarların ilk qrupunu daşıyan hava gəmisi təhlükəsiz şəkildə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş həyata keçirib.

Tarix
2025.06.10 / 22:54
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...

Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?

Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi

ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi

Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir

İsrailin XİN başçısı Azərbaycana səfər edəcək - KİV

Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər

ABŞ-ın İranla bağlı son qərarı: Azərbaycanlıları gözləyir

Tramp Azərbaycanın xəbər kanalından video paylaşdı

Bu ölkə iki yerə bölünə bilər - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla