Yuxarı

Kəmaləddin Heydərov İtaliya səfiri ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançesko ilə görüşüb.

Axar.az xəbər verir ki, nazir Kəmaləddin Heydərov səfir Luka Di Canfrançeskonu səmimi salamlayaraq, Azərbaycan və İtalya arasındakı münasibətlərin dostluq və qarşılıqlı hörmət prinsipləri üzərində qurulduğunu, iki ölkə arasındakı çoxşaxəli əlaqələrin sürətlə genişləndiyini xatırladıb.

Nazir ölkəmizdə fövqəladə halların idarə olunması sahəsində görülən işlər və Nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə səfirə ətraflı məlumat verib, Azərbaycan Respublikası və İtalya Respublikasının fövqəladə hallarla mübarizə sahəsində uyğun qurumları arasında əməkdaşlığın perspektivlərindən danışıb.

Səmimi görüşə görə təşəkkürünü bildirən İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançesko iki ölkə arasındakı əlaqələrin daim inkişaf etdiyini bildirib. O, bu çərçivədə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində uyğun qurumlar arasında münasibətlərin qarşılıqlı faydasından danışıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tarix
2025.06.11 / 15:16
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın Ermənistana ödənişi iki dəfə artdı

Danışıqlar dalana dirənir: Tramp hücuma razılıq verdi?

İrana hücuma yol açan iki mühüm hadisə: Əgər zərbə olarsa…

Fələstin məsələsində bu ölkə ilə ortaq mövqeyə sahibik

Paşinyan Türkiyəyə gedir

Rusiyada hər şey çökür, yalnız bu biznes sürətlə inkişaf edir

Rəsmi Bakı Hindistana başsağlığı verdi

Azərbaycan XİN Rusiyanı təbrik etdi

Aprel döyüşləri zamanı 18 mövqe itirdik - Mnatsakanyan

İlham Əliyev Qətər əmirinə məktub göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla