Yuxarı

Əməkdar artist olmaq istədi, dələduzluqla üzləşdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əməkdar artist" fəxri adı almaq istəyən musiqiçi dələduzluğun qurbanı olub.

Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə Abşeronda baş verib.

Zərərçəkmiş (müəyyən səbəblərdən adını açıqlamırıq) ortaq tanışları vasitəsilə Musa adlı şəxslə tanış olub. Həmin şəxs ona fəxri ad almaqda yardımçı olacağını bildirib. Bunun müqabilində isə zərərçəkmişdən 2150 manat pul alıb. Bildirib ki, həyat yoldaşının qohumları yüksək vəzifədə işləyir. Verilən pula da onlara hədiyyə alacaq. Lakin bir müddət sonra o, zənglərə cavab verməyib.

Musiqiçi aldadıldığını anlayaraq hüquq-mühafizə orqanlarına müraciət edib. Həmin şəxs saxlanılıb və daha sonra Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Barəsində məhkəmənin qərarı ilə başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib.

Cinayət işinin məhkəmə istintaqı Abşeron Rayon Məhkəməsində aparılıb. Məhkəmə zamanı Musa verilmiş ittiham üzrə özünü təqsirli bilib. Həmçinin məlum olub ki, o, dəymiş ziyanı ödəyib.

Məhkəmənin hökmü ilə Musaya 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün 4 günə bərabər tutularaq verilən cəzadan çıxılıb və üzərində qəti olaraq 9 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Tarix
2025.06.11 / 17:28
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın Ermənistana ödənişi iki dəfə artdı

Danışıqlar dalana dirənir: Tramp hücuma razılıq verdi?

İrana hücuma yol açan iki mühüm hadisə: Əgər zərbə olarsa…

Fələstin məsələsində bu ölkə ilə ortaq mövqeyə sahibik

Paşinyan Türkiyəyə gedir

Rusiyada hər şey çökür, yalnız bu biznes sürətlə inkişaf edir

Rəsmi Bakı Hindistana başsağlığı verdi

Azərbaycan XİN Rusiyanı təbrik etdi

Aprel döyüşləri zamanı 18 mövqe itirdik - Mnatsakanyan

İlham Əliyev Qətər əmirinə məktub göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla