Yuxarı

İndi qarpız yemək olarmı? - Ekspert məsləhəti

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İndi qarpız yemək olarmı? - Ekspert məsləhəti

Azərbaycan üçün qarpızın əsas mövsümü iyul ayının ortalarından başlayır. Bu dövrdə yetişən qarpızlar daha təbii, qida dəyəri daha yüksək və insan orqanizmi üçün daha faydalı olur. Mövsümü qabaqlayan qarpızlar isə bəzən təhlükə mənbəyi ola bilir.

Bu sözləri Axar.az-a açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova deyib.

Ekspertin sözlərinə görə, mövsümdən əvvəl bazara çıxarılan qarpızlar istixanalarda kimyəvi maddələrin təsiri ilə yetişdirilir və ya başqa ölkələrdən idxal edilir:

“Belə hallarda qarpızların daşınması, saxlanması və hansı kimyəvi tərkibli maddədən istifadə olunması vacib məsələdir. Əgər təhlükəli maddələrdən istifadə olunmayıbsa, az miqdarda qəbul etmək mümkündür. Amma qarpızın mövsümünü gözləmək məsləhətdir”.

Məhsəti Hüseynova əlavə edib ki, qarpızın əsas üstünlüyü onun tərkibindəki bol su, A və C vitaminləri, antioksidantlar və xüsusilə likopin maddəsi ilə bağlıdır. Likopin güclü antioksidantdır və immun sistemini gücləndirməkdə mühüm rol oynayır.

Süni və erkən yetişdirilən qarpızların ciddi sağlamlıq riski yaratdığını vurğulayan ekspert qeyd edib:

“Bu cür qarpızların tərkibində çox vaxt nitrat və digər zərərli maddələr olur. Onların qəbulu allergik reaksiyalara, həzm pozğunluqlarına, zəhərlənməyə səbəb ola bilər. Xüsusilə azyaşlılar, yaşlılar, hamilə qadınlar və xroniki xəstəliyi olan şəxslər qarpız yeyərkən diqqətli olmalıdırlar.

Təbii yetişmiş qarpız belə həddindən artıq miqdarda qəbul edilsə, sağlamlıq üçün ziyanlı ola bilər. Qarpızın tərkibindəki şəkər yüksək olduğu üçün diabet xəstələri və insulinə qarşı həssaslığı olan insanlar miqdarını nəzarətdə saxlamalıdır. Eyni zamanda, qarpızı çox soyuq halda qəbul etmək də orqanizmdə spazm və iltihaba səbəb ola bilər”.

Ekspertin sözlərinə görə, qarpız alarkən onun iri olmamasına, qabığının parlaq və üzərindəki naxışların aydın görünməsinə, birbaşa günəş şüalarının altında satılmamasına diqqət edilməlidir:

“Çünki günəş altında uzun müddət qalan qarpızlar keyfiyyətini itirir, tərkibində kimyəvi dəyişikliklər baş verir və bu da sağlamlıq üçün təhlükə yaradır”.

Tarix
2025.06.12 / 08:45
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

Erməni lobbisi indi yeni tezis irəli sürür - Yalçın

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla