Yuxarı

Azərbaycanda orta aylıq əmək haqqı nə qədər artıb?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 9,2% artaraq 1 100,6 manat təşkil edib.

Axar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Bu il mayın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 771,7 min nəfər olub, onlardan 876,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 895,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 18,7%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,5%-i təhsil, 13,7%-i sənaye, 8,5%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 %-i tikinti, 6,3%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2%-i nəqliyyat və anbar təsərrüfatı, 3,9%-i peşə, elmi və texniki fəaliyyət, 2,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3%-i maliyyə və sığorta fəaliyyəti, 14,9%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Tarix
2025.06.13 / 13:37
Müəllif
Axar.az
Digər xəbərlər

FHN cənub sərhədlərində radiasiya ilə bağlı məlumat yaydı

Elçin Quliyevin 27 yaşlı oğluna polkovnik rütbəsi verilib?

Rusiya tarixinin inanılmaz cinayət işi: azərbaycanlı da var

Radiasiyanın yoxlanılması üçün mütəxəssislər Astarada - Video

Ermənilərin Bakı limanına eniş etməsi ilə bağlı rəsmi açıqlama

İsrail müdafiəyə hazırlaşır: İranın cavab zərbəsi necə olacaq?

İranın vurulmasına ərəb ölkələrinin reaksiyası

İsrail Fordo nüvə obyektinə zərbələr endirir - Təcili

Agent kimi vətəndaşlarımızın İrana göndərilməsi... - Hacıyev

İsrail hücumu: Ermənistan vətəndaşları Bakıda

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla