Yuxarı

Bazarda yanğın: 3 nəfər xəsarət aldı, 13 nəfər... - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bazarda yanğın: 3 nəfər xəsarət aldı, 13 nəfər... - Video

01:44

Beyləqanda bazar ərazisində yanğın olub.

Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

“Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Beyləqan şəhərində bazar ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub”, – məlumatda vurğulanıb.

Qeyd olunub ki, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

Beyləqan şəhərində bazarda baş vermiş yanğın tam söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

“Beyləqan şəhərində bazar ərazisində bitişik tikilmiş müxtəlif təyinatlı mağazalarda baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb”, – qurumun mətbuat xidməti diqqətə çatdırıb.

***

Gecə saatlarında Beyləqan rayonun bazarında baş verən yanğın zamanı xəsarət alan və tüstüdən zəhərlənənlər olub.

Məlumata görə, yanğının söndürülməsinə cəhd edən şəxslərdən 2004-cü il təvəllüdlü Şirinzadə Məhəmməd Mehman sol ayağın 1-ci barmağının kəsilmiş yarası, 1984-cü il təvəllüdlü, Səfərov Dəyanət Taleh oğlu sol biləyin kəsilmiş-cırılmış yarası, Hacızadə Sənay sol qolun mismarla cırılmış yarası ilə xəsarət alıblar.

2005-ci il təvəllüdlü Əlizadə Rəşad Habil oğlu, Behbudova Şəfiqə Əsgər qızı (1972), Baxışlı Əyyub Arif oğlu (1992), Yunisov Ramiz Ramil oğlu (2001), Kazımov Ceyhun Əli oğlu (1986), Şirinov Arif Rövşən oğlu (2020), Bayramov Nihad Elməddin oğlu (2005), Bəhrəmli Kamran Əli oğlu (1995), Məmmədov Fəzail Əbil oğlu (1982), Behbudov Niyazi Qaraca oğlu (1970), Mehdiyev Elgün Zöhrab oğlu (2005), Balakişiyev İbadət Samir oğlu (1985), Əlizadə Vüqar Ramil oğlu (2007) tüstü zəhərlənməsi ilə Beyləqan mərkəzi xəstəxanasına yerləşdiriliblər. Müraciət edənlərə tibbi müdaxilələr edilib.

Hazırda faktla bağlı aidiyyatı qurumların araşdırması aparılır.

Tarix
2025.06.14 / 11:27
Müəllif
Axar.az
Digər xəbərlər

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlərə... - Hulusi Kılıçdan sərt sözlər

Prezident Anım Günü ilə bağlı videoçarx paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla