Yuxarı

İranın İsrailə zərbələri: ölənlərin sayı artdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranın İsrailə zərbələri: ölənlərin sayı artdı

2025.06.13 - 23:46

İranın zərbələri nəticəsində Təl-Əviv ətrafında ən azı 21 nəfər xəsarət alıb.

Axar.az xəbər verir ki, bu barədə İsrail təcili yardım xidməti məlumat yayıb.

Bildirilib ki, yaralılardan birinin vəziyyəti orta-ağır qiymətləndirilir.

***

İranın İsrailə hücumları nəticəsində yaralıların sayı 44-ə çatıb.

Bu barədə İsrailin "Ynet" nəşri məlumat yayıb.

Qeyd edək ki, İran İsrailə cavab olaraq ballistik raketlərlə hücum edib.

***

İranın İsrailə zərbələri nəticəsində ağır yaralanan qadın xəstəxanada keçinib.

Bu barədə “Yerusəlim Post” qəzeti məlumat yayıb.

Bildirilib ki, zərbələr Təl-Əvivdə ciddi dağıntılara səbəb olub, binaların uçqunları altında insanlar qalmış ola bilər.

Milli Tibb Xidməti 63 zərərçəkmişə yardım göstərildiyini açıqlayıb.

***

İranın İsrailə endirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı 4-ə çatıb, 80-dən çox yaralı var.

Bu barədə İsrail mediası məlumat yayıb.

Qeyd edilib ki, endirilən zərbələr nəticəsində azı 6 bina dağılıb.

Tarix
2025.06.14 / 10:16
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla