Yuxarı

Axar.Az Logo carnation

Expressbank ASC-də yeni təyinat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Expressbank ASC-də yeni təyinat

“Expressbank” ASC-də yeni təyinat baş tutub – Fuad Kamal oğlu Məmmədli Bankın İdarə Heyətinin üzvü və Baş Maliyyə İnzibatçısı (CFO) vəzifəsinə təyin edilib.

F.Məmmədli maliyyə sahəsində 12 illik peşəkar təcrübəyə malikdir. O, bu müddətdə bank sektorunda bir sıra məsul vəzifələrdə çalışıb, maliyyə idarəçiliyi sahəsində dərin bilik və praktiki təcrübə qazanıb. Son təyinatdan əvvəl “Unibank” ASC-də Baş Maliyyə İnzibatçısının müavini kimi fəaliyyət göstərib, 2017–2020-cü illərdə isə "Expressbank"da Maliyyə departamentində çalışaraq, direktor müavini vəzifəsinədək yüksəlib və bankın maliyyə funksiyalarının inkişafında mühüm rol oynayıb.

F.Məmmədli ali təhsilini Prezident yanında Dövlət İdarəçilik Akademiyasında "Menecment" ixtisası üzrə alıb, magistr dərəcəsini isə Azərbaycan Dövlət İqtisad Universitetində "Maliyyə" ixtisası üzrə tamamlayıb.

Yeni təyinatın "Expressbank"ın maliyyə sabitliyinin və strateji idarəetməsinin daha da gücləndirilməsinə töhfə verəcəyi gözlənilir.

Tarix
2025.06.13 / 15:55
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna baş naziri Azərbaycana təşəkkür etdi

İlham Əliyev Qətərin baş naziri ilə görüşdü

İlham Əliyev böyük, dahi liderdir - Prezident

İlham Əliyev Fink və Oqunlesi ilə görüşdü

Türkiyə-Ermənistan yaxınlaşması... - İlham Əliyev

Ermənistan tərəfindən müraciət daxil oldu ki... - Prezident

İlham Əliyev mənim dostumdur - Vuçiç

Vəziyyəti nəzarət altına alsaq, uğur mümkündür - Prezident

Ermənistan prezidenti İlham Əliyevə təşəkkür etdi

BMT qətnamələri kağız üzərində qaldı – İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla