Yuxarı

Gəncədə kişi yaxın dostunu pula görə güllələdi - Təfərrüat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyun ayının 15-də Gəncədə baş verən qətlin bəzi detalları üzə çıxıb.

Axar.az Unikal-a istinadla xəbər verir ki, 42 yaşlı Vüsal Əhmədov tanışı, 45 yaşlı Rövşən Hətəmov tərəfindən pul üstündə güllələnərək öldürülüb. Hər iki şəxsin yaxın dost olduğu bildirilir.

Məlumata görə, mərhumla hadisəni törədən şəxs birlikdə sürücü işləyiblər. Araşdırma zamamı məlum olub ki, hadisəni törədən Rövşən Hətəmovun mərhum Vüsal Əhmədova pul borcu olub. Onların arasında bir neçə dəfə pul üstə mübahisə düşüb. Hadisə baş verən gecə Rövşən Hətəmov mərhum Vüsal Əhmədovun Cavadxan qəsbəsində yaşadığı ünvana gəlib. Bu zaman onların arasında yenidən mübahisə yaranıb. Mübahisə zamanı Rövşən Hətəmov özü ilə gətirdiyi ov tüfəngi ilə Vüsal Əhmədova iki dəfə atəş açıb.

Hər iki şəxs TIR sürücü olub. Hadisədən bir neçə gün əvvəl Vüsal Əhmədova məxsus TIR markalı yük maşının mühərrikində nasazlıq yaranıb. Bundan sonra hadisəni törədən Rövşən Hətəmov mərhum Vüsal Əhmədova bildirib ki, onunla daha birlikdə sürücü işləməyəcək.

Qətlə yetirilən Vüsal Əhmədov ailəli olub. Onun 2 qızı və bir oğlu var.

Qeyd edək ki, hadisə iyun ayının 15-də şəhərin Cavadxan qəsəbəsində baş verib. Belə ki, Bakı şəhər sakini 1983-cü il təvəllüdlü Vüsal Əhmədov odlu silahdan açılan güllə yarası ilə xəstəxanasına yerləşdirilib. Lakin həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Araşdırma zamanı məlum olub ki, qətlə yetirilən 1983-cü il təvəllüdlü Vüsal Əhmədovu Göygöl rayon sakini 1980-ci il təvəllüdlü Rövşən Hətəmov aralarında baş verən mübahisə zamanı ov tüfəngi ilə atəş açaraq öldürüb. Polis əməkdaşları tərəfindən hadisəni törədən 45 yaşlı Göygöl rayon sakini Rövşən Hətəmov saxlanılıb.

Faktla bağlı Gəncə şəhər prokrorluğunda araşdırma aparılır.

Tarix
2025.06.17 / 14:10
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan - NATO əlaqələri müzakirə olundu

60-dan vətəndaşımız sərhədi keçdi - XİN

İrandan növbəti antiazərbaycan isterikası...

Zəngəzur dəhlizini unudun... - Simonyan

Peskov Azərbaycana təşəkkür etdi

Ərdoğan Paşinyanı Ankaraya çağırdı: Bu tarixdə...

“Azərbaycan” məhəlləsi bu tarixdə açılacaq

Azərbaycandan İsrail rəhbərliyinə - Mesaj

Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələri təlimə başladı

Daha bir general öldü: İsrail onu da aradan götürsə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla