Yuxarı

AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti oldu

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları” beynəlxalq səviyyədə növbəti dəfə yüksək qiymətləndirilib. Milli aviadaşıyıcı Böyük Britaniyanın nüfuzlu “Skytrax” təşkilatının keçirdiyi “World Airline Awards 2025” mükafatı çərçivəsində “Mərkəzi Asiya və MDB üzrə ən yaxşı regional aviaşirkət” nominasiyasının qalibi elan olunub.

Axar.az xəbər verir ki, mükafatlandırma mərasimi 17 iyun 2025-ci il tarixində Parisdə keçirilən beynəlxalq “Paris Air Show” aviasalonu çərçivəsində baş tutub. Tədbirdə dünyanın aparıcı aviaşirkətlərinin rəhbərləri və aviasiya sənayesinin yüksək vəzifəli nümayəndələri iştirak ediblər.

“Skytrax” kimi beynəlxalq nüfuza malik təşkilat tərəfindən yenidən təltif olunmaq bizim üçün böyük qürur və məsuliyyətdir. Bu uğur AZAL-ın regionda etibarlı aviaşirkət kimi mövqeyini daha da möhkəmləndirdiyini və beynəlxalq səviyyədə tanındığını bir daha təsdiqləyir. Biz sərnişinlərimizə təhlükəsiz, yüksək keyfiyyətli və innovativ xidmətlər təqdim etmək öhdəliyimizi daim qoruyub saxlayırıq,” – deyə “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev bildirib.

1999-cu ildə təsis olunan “Skytrax” mükafatı sərnişinlər arasında keçirilən genişmiqyaslı beynəlxalq sorğular əsasında təqdim olunur. Təşkilatın “World Airline and Airport Star Rating” proqramı çərçivəsində aviaşirkətlər və hava limanları xidmət və məhsul keyfiyyətinə görə qiymətləndirilir.

Qeyd edək ki, Azərbaycan Hava Yolları “Skytrax”ın “4 Ulduz” reytinqinə malikdir. Bu status aviaşirkətin həm uçuş zamanı, həm də yerüstü xidmətlər üzrə göstərdiyi xidmət keyfiyyətinin müstəqil audit nəticələrinə əsasən formalaşır.

Tarix
2025.06.17 / 16:03
Müəllif
Axar.az
Digər xəbərlər

Sabiq nazirin yarım milyonluq daha bir borcu üzə çıxdı

Diqqət: Azərbaycanlılar bu müharibəyə cəlb edilir

Sənan Şahbəndəyev işdən çıxarıldı

Prezident iki şəhərin adını çəkdi - Yeni paytaxt ola bilər?

İsrail bizi “keçi qiymətinə” Ərdoğana satdı...

Nurullayevlər Aygün və Nanəyə nə qədər ödəniş edib?

Prezidentin Qəzza çıxışına Türkiyə xalqından dəstək... - Foto

Azərbaycan öz məqsədlərinə doğru inamla irəliləyir

MOSSAD İlham Əliyevin bəyanatını yaydı – Foto

Gəmilərimizə qarşı sanksiya: ASCO hərəkətə keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla