
İflic durumda olan İranın Araz sahilində düşmən axtarışı
18:11
Ana səhifə Kult |
![]() ![]() ![]() ![]() |
Aktyor Vüsal Murtuzəliyevin vəziyyəti stabildir.
Kult.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, iyunun 19-u saat 14:40 radələrlində 1982-ci il təvəllüdlü şəxs Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsinə kəskin baş ağrıları, baş gicəllənmə səbəbilə müraciət edib.
"Həkim müayinəsindən sonra pasiyentə dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilib və müvafiq şöbəyə yerləşdirilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir", - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, Vüsal Murtuzəliyev əməkdar artist Dilarə Əliyevanın qardaşıdır.
Tarix
2025.06.20 / 11:10
|
Müəllif
Kult.az
|