Yuxarı

ADSEA əməkdaşları Sinqapurda beynəlxalq sammitdə - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sinqapurda Beynəlxalq Su Həftəsi sammiti başlayıb. 25 iyun tarixinədək davam edəcək tədbir “Daşqına Davamlı Şəhərlər – İqlim Dəyişikliyinə Uyğunlaşma” mövzusuna həsr olunub.

Axar.az xəbər verir ki, Məqsəd şəhərlərin daşqınlara və ekstremal hava hadisələrinə hansı dərəcədə hazır olduqlarını müəyyənləşdirmək, dayanıqlığa nail olma istiqamətləri ətrafında müzakirələr açmaq, təcrübə mübadiləsi aparmaq, şəhərlərin, kommunal xidmətlərin, sənaye sahələrinə cavabdeh şəxslərin bir araya gətirməkdir.

3 gün davam edəcək sammitdə yüksək səviyyəli panellər, tematik forumlar, iqlimə uyğunlaşma həlləri üçün sərgi və texniki baxışlar da təşkil olunacaq.

Beynəlxalq Hidro-Ətraf Mühit Mühəndisliyi və Tədqiqatları Assosiasiyasının 41-ci Ümumdünya Konqresi ilə birgə keçirilən bu tədbirdə 250-yə yaxın ekspertin və dünyanın 40-dan çox şəhərinin iştirakı gözlənilir.

Tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini Elçin Məmmədov, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Elektromexanika şöbəsinin müdiri Vüqar Hacıyev, Tikilməkdə Olan Obyektlərin Müdriyyətinin baş mühəndisi Babək Məmmədov iştirak edir.

Tarix
2025.06.23 / 11:56
Müəllif
Axar.az
Digər xəbərlər

Qacarların varisi də sağdır: Hakimiyyətə qayıda bilər?

ABŞ İrana yenidən zərbə endirə bilərmi?

Bu “bank”ın baş filialı Xankəndidə idi… - Araik

İran niyə vuruldu? – Rusiya ilə anlaşmanın şok təfərrüatı

İran diplomatiya yolunu tərk etməyib - Ağayi

İranda müharibə nə qədər davam edəcək?

Arakçı təcili məktub apardı: Xamenei Putindən nə istəyir?

Prezident Goranboya getdi - Foto

İran televiziyasında Azərbaycana hücum çağırışı - Video

ABŞ Bakıdakı bu tədbiri təxirə saldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla