Yuxarı

İran televiziyasında Azərbaycana hücum çağırışı - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran televiziyasında Azərbaycana hücum çağırışı - Video

İranın dövlət televiziyalarından birində “beynəlxalq məsələlər üzrə ekspert” kimi çıxış edən Xoşçeşm adlı şəxs İranın Azərbaycana qarşı bir sıra hərbi hücumlar həyata keçirməli olduğunu iddia edib.

Axar.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Azər Həsrət paylaşım edib.

O, guya Azərbaycanın hava məkanını İsrail döyüş təyyarələrinə açdığını və bu təyyarələrin Təbrizi bombalamaq məqsədilə həmin hava dəhlizindən istifadə etdiyi irəli sürüb.

O, bununla kifayətlənməyərək, İranın digər qonşu ölkələrinə də hücum etməsini tövsiyə edib.

“Ekspert” həmçinin Bəsrə körfəzi hövzəsində yerləşən ərəb ölkələri ilə Azərbaycanın neft obyektlərinin hədəf alınmasını təklif edib. Onun bu fikirləri Güney azərbaycanlı sosial şəbəkə istifadəçiləri tərəfindən ciddi narazılıqla qarşılanıb və sosial şəbəkələrdə geniş etiraz və müzakirə doğurub.

İran dövlət mediasında fikir müxtəlifliyinə yer verilmədiyi halda bu cür çağırışlara yer ayrılması rəsmi dairələrdə mövcud olan Azərbaycan düşmənçiliyinin bir ifadəsi kimi qiymətləndirilir”, - A.Həsrət bildirib.

Qeyd edək ki, İsrail PUA-ları İranın özündən havaya qalxsa, MOSSAD-ın İranda geniş casus şəbəkəsi olduğunu Tehran özü etiraf edib, casusları və PUA sexlərini aşkarladığını bildirsə də, heç bir sübut-dəlil olmadan “iranlı ekspertlər” Azərbaycanı ittiham etməkdən əl çəkmirlər. Halbuki Azərbaycan ərazisindən və səmasından qonşu ölkələrə qarşı istifadə edilmədiyi və heç vaxt belə bir hal yaşanmayacağını Azərbaycan ən yüksək səviyyədə dəfələrlə deyib və əməli ilə sübut edib!

Tarix
2025.06.23 / 12:23
Müəllif
Axar.az
Digər xəbərlər

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla