Yuxarı

Azərbaycan Dəmir Yollarında yeni təyinat oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"AZCON Holding”in şirkətlərindən olan Azərbaycan Dəmir Yolları QSC-də (ADY) yeni təyinat olub.

Bu barədə Axar.az-a səhmdar cəmiyyətindən bildirilib.

Məlumata görə, Ürfan Atakişiyev qurumun Daxili audit departamentinin müdiri vəzifəsinə təyin edilib.

O, Azərbaycan Dövlət İqtisad Universitetində "Dünya iqtisadiyyatı" ixtisası üzrə bakalavr təhsili alıb, hazırda York və Strasburq universitetlərinin birgə təşkilatçılığı ilə tədris edilən "Biznesin təşkili və idarə olunması" ixtisası üzrə magistratura təhsili alır.

Ü.Atakişiyev peşəkar əmək fəaliyyətinə 2014-cü ildə PWC şirkətində audit üzrə mütəxəssis kimi başlayıb, həmin şirkətdə fəaliyyətini audit üzrə böyük mütəxəssis kimi davam etdirib. O, 2017-ci ildə “SOCAR Polymer” MMC-də işə başlayıb və ADY-dəki təyinatına qədər bu şirkətdə müxtəlif rəhbər vəzifələrdə çalışıb.

Bundan əvvəl Daxili audit departamentinin müdiri vəzifəsində işləyən Ruslan Cəfərov karyerasında yeni mərhələyə başlamaq məqsədilə ADY-dən ayrılıb.

Tarix
2025.06.25 / 18:31
Müəllif
Axar.az
Digər xəbərlər

Fələstin: Türkiyə bizə lazım deyil – biz yetim deyilik

Azərbaycan hava məkanı Ermənistan üçün açıqdır?

Bu gün tarixi hadisə yaşanacaq: 13-cü dövlət, Yaxın Şərqdə...

Rusiya özündən 412 dəfə kiçik ölkəyə uduzur

Azərbaycan Qafqazda sülh üçün tarixi fürsət yaratdı - Bəyanat

Tramp Azərbaycanı “İbrahim razılaşması”na cəlb etmək istəyir

Azərbaycana böhtan atanlar siz deyildinizmi? - Ərdoğan

Pərviz Yusifov nazirin müşaviri təyin olundu

Azərbaycanda Qızıl Xaç Komitəsinin fəaliyyəti dayandırılır

Baş nazir İqtisadi Şuranın iclasını keçirdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla