Yuxarı

Ermənilərin dağıtdığı abidələrin siyahısı açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilərin dağıtdığı abidələrin siyahısı açıqlandı

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu ilin aprelin əvvəlində Ermənistanın təxribatı nəticəsində cəbhəyanı ərazilərdə ziyan görən tarixi-dini abidələrin siyahısını açıqlayıb.

APA-nın məlumata görə, döyüşlər zamanı Ermənistan hərbiçilərinin Ağdam rayonunun Mahrızlı kənd qəbiristanlığına atdığı top mərmiləri nəticəsində 6 qəbir tamamilə dağılıb, 7 qəbrin isə baş və sinə daşları yararsız hala düşüb. Dini Komitənin sədri Mübariz Qurbanlı bununla əlaqədar olaraq, ATƏT-in Minsk Qrupu həmsədrlərinə etiraz məktubu göndərib. Eyni zamanda ölkədə fəaliyyət göstərən dini konfessiyalar dünya ictimaiyyətinə müraciət edib.

Məlumatda qeyd olunub ki, bu ilin aprel ayının 5-də Ermənistan silahlı birləşmələrinin törətdiyi təxribat nəticəsində Ağdam və Tərtər rayonlarının ərazilərində başqa sahələrlə yanaşı, XIX əsrə aid olan tarixi-dini abidələr də erməni vandalizminə məruz qalıb, bəzi məscidlərə isə ciddi ziyan dəyib: "Ağdam rayonunun Xındırıstan, Əhmədağalı və Zəngişalı kənd məscidlərinin divarlarında böyük çatlar əmələ gəlib. Tərtərdə atılan top mərmiləri "Cümə" məscidinin divarlarında çatlar əmələ gətirib. Birinci Qarabağ müharibəsi dövründə atılan mərmilərdən biri Tərtər şəhər "Cümə" məscidinin minarələrindən birini zədələyib. Tarix və mədəniyyət abidələrimizin ermənilər tərəfindən dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il konvensiyasına ziddir. Dövlət Komitəsi işğal altında qalmış Azərbaycanın tarixi-dini abidələri ilə bağlı məsələni bundan sonra da diqqət mərkəzində saxlayacaq və Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması istiqamətində tədbirlərini davam etdirəcək".

Komitə bildirir ki, işğal altındakı torpaqlarımızda təsbit olunan tarixi-dini abidələrin təqribi sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır.

Tarix
2016.06.28 / 11:33
Müəllif
Axar.az
Digər xəbərlər

İran müharibəsi: Azərbaycan müdafiəni belə gücləndirir...

Azərbaycan–Qırğızıstan Müttəfiqlik sazişi nə vəd edir?

Yeddi körpənin yanaraq öldüyü mərkəzlə bağlı yeni xəbər

Erməni terrorçuların məhkəməsi: hakimlər müşavirəyə getdi

Samir Şərifova yeni vəzifə verildi

Prezidentdən Qırğızıstan səfəri ilə bağlı - Video

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Hüseyn Həsənov 6 il müddətinə həbs oluna bilər

Baş nazirdən bu avtomobil nəqliyyatı ilə bağlı qərar

Mehriban Əliyeva "Altın-Balalık" mərkəzində...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla