Yuxarı

Kəmaləddin Heydərov bir sıra görüşlər keçirdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kəmaləddin Heydərov bir sıra görüşlər keçirdi - Video

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Bakıda keçirilən Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) İcraiyyə Şurasının 58-ci sessiyasında iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş Rusiya Federasiyası mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri Aleksandr Kurenkov, Fələstin Dövləti Mülki Müdafiə İdarəsinin baş direktoru Əkrəm Tavabta, İordaniya Haşimilər Krallığı İrbid Mülki Müdafiə İdarəsinin direktoru Yusif Əhməd Salem əş-Şakatreh, Küveyt Dövləti Yanğınsöndürmə Xidmətinin rəis müavini Məhəmməd Əli əl-Qətani, Bəhreyn Krallığının Mülki müdafiə üzrə baş direktoru Əli Məhəmməd Casim Yusuf əl-Kəbaisi və Səudiyyə Ərəbistanı Krallığının Mülki müdafiə üzrə baş direktoru Humud Süleyman Əlfərac ilə görüşüb.

Axar.az xəbər verir ki, qonaqları səmimiyyətlə salamlayan nazir K.Heydərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə mülki müdafiə və əhalinin fövqəladə hallardan qorunması istiqamətində həyata keçirilən kompleks tədbirlərdən danışıb, Azərbaycan dövlətinin əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi məsələlərinə hər zaman xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb.

Nazir fövqəladə halların sərhəd tanımaması və ildən-ilə artan risklər fonunda fəlakətlərə qarşı ölkələrin birgə və əlaqələndirilmiş fəaliyyətlərinin vacib olduğunu qeyd edib. Bu mənada, Beynəlxalq Mülki Müdafiə Təşkilatının dünya ölkələrinin səylərinin birləşdirilməsi baxımından mərkəzi rolu vurğulanıb, ölkəmizdə keçirilən təşkilatın İcraiyyə Şurasının 58-ci sessiyasının faydalı olacağına əminlik ifadə edilib.

Səmimi görüşə və qonaqpərvərliyə görə təşəkkürlərini bildirən qonaqlar Bakıda keçirilən BMMT-nin İcraiyyə Şurasının 58-ci sessiyasının yüksək səviyyədə təşkil olunduğunu bildiriblər.

Görüşlərdə uyğun qurumlar arasında əlaqələrin hazırkı vəziyyəti və inkişafı perspektivlərindən danışılıb, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətinə toxunulub. Tərəflər əminlik ifadə ediblər ki, Bakıda keçirilən sessiya, ikitərəfli görüşlər və aparılan müzakirələr istər BMMT çərçivəsində, istərsə də ikitərəfli əsasda ölkələrin fövqəladə halların idarə edilməsinə məsul qurumları arasında əlaqələri yeni müstəviyə çıxaracaq.

Görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tarix
2025.07.08 / 18:19
Müəllif
Axar.az
Digər xəbərlər

Baxçalı yenə türk birliyi mesajı verdi: Ankarada...

Türkiyə Ermənistanla bağlı “sürpriz”ə hazırlaşır

Güneydən Azərbaycanla bağlı bəyanat

Sahibə Qafarova Qırğızıstan prezidenti ilə görüşdü

İstanbulda Baş Konsulluğumuz ciddi mühafizə altında... - Video

Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub

Səfirliyimizin önündə bu sözləri qışqırmışdı - Axtarışa verildi

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla