Yuxarı

"Azercell"in kibermaarifləndirmə təşəbbüsü davam edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azercell" və Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində keçirilən “Məktəblilər üçün Kibermaarifləndirmə Proqramı” növbəti mərhələsini uğurla tamamlayıb.

Layihə bu dəfə Lənkəran, Masallı və Sumqayıt şəhərlərini əhatə edib. Təlimlər nəticəsində ümumilikdə 150-dən çox məktəbli kiberməkanda qarşılaşa biləcəkləri risklər, təhlükəli halların qarşısının alınması yolları və təhlükəsiz rəqəmsal davranış qaydaları barədə biliklər əldə edib.

Sessiyalar beynəlxalq standartlara əsaslanan proqram çərçivəsində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin ekspertləri tərəfindən keçirilib. Təlimlər zamanı şagirdlərə şəxsi məlumatların qorunması, sosial şəbəkələrdə təhlükəsizlik qaydaları, onlayn fırıldaqçılıq və kiberbullinq halları ilə mübarizə yolları haqqında praktiki biliklər təqdim olunub. Real nümunələr əsasında keçirilən interaktiv məşğələlər isə iştirakçıların kibermühitdə təhlükəsiz davranış vərdişlərinin formalaşmasına töhfə verib.

Qeyd edək ki, layihənin ilkin mərhələsində Xızı, Quba, Qusar və Xaçmaz rayonlarını əhatə edən təlimlərdə 226 şagird iştirak etmişdi. Beləliklə, “Məktəblilər üçün Kibermaarifləndirmə Proqramı” ümumilikdə 7 regionda 350-ə yaxın məktəblinin kibertəhlükəsizlik sahəsində maariflənməsinə xidmət edib.

Təlimlər haqqında ətraflı məlumat almaq üçün:

Tarix
2025.07.09 / 14:41
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Suriya prezidenti ilə geniş tərkibdə görüşü oldu

Suriya prezidenti Azərbaycana gəldi - Foto

Tovuz döyüşləri: Erməni obyektləri "Harop"la belə vuruldu - Video

Azərbaycan bu seçkilərdə qələbə qazandı

Anar Abdullayev həbs olundu

PKK tərk-silah olur: ilk qrupun silahları yandırmasının mənası...

Quterreş Əliyevlə Paşinyanın görüşünü yüksək qiymətləndirdi

Putin postsovet ölkələrinə müdaxilə üçün fərman imzaladı

Azərbaycan Ukraynaya indiyədək nə qədər yardım edib?

Rusiyanın Azərbaycana qarşı şaftalı savaşına Belarus da qoşuldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla