Yuxarı

Daha bir QHT sədrinin həbs müddəti uzadıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Binəqədi Rayon Məhkəməsində həbsdə olan daha bir QHT sədrinin həbs müddəti uzadılıb.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, məhkəmə Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov barəsində olan həbs qətimkan tədbirinin müddətinin artırılması ilə bağlı istintaq orqanının vəsatətinə baxıb.

Prosesdə vəsatət təmin edilib və A.Əhmədovun həbs müddəti 3 ay artırılıb.

Qeyd edək ki, Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov bu ilin mart ayında vəzifə saxtakarlığı və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmada təqsirləndirilərək saxlanılıb. Məhkəmənin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.

Qeyd edək ki, Binəqədi Rayon Məhkəməsi bu gün "Benefisiar" Hüquqi Yardım Mərkəzi və Vətəndaş Hüquqları İnstitutunun həbsdə olan rəhbəri Bəşir Süleymanlı və "İştirak Evi" MMC-nin təsisçisi və direktoru Məmməd Alpayın da həbs müddətlərini 3 ay uzadıb.

Tarix
2025.07.09 / 14:47
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Suriya prezidenti ilə geniş tərkibdə görüşü oldu

Suriya prezidenti Azərbaycana gəldi - Foto

Tovuz döyüşləri: Erməni obyektləri "Harop"la belə vuruldu - Video

Azərbaycan bu seçkilərdə qələbə qazandı

Anar Abdullayev həbs olundu

PKK tərk-silah olur: ilk qrupun silahları yandırmasının mənası...

Quterreş Əliyevlə Paşinyanın görüşünü yüksək qiymətləndirdi

Putin postsovet ölkələrinə müdaxilə üçün fərman imzaladı

Azərbaycan Ukraynaya indiyədək nə qədər yardım edib?

Rusiyanın Azərbaycana qarşı şaftalı savaşına Belarus da qoşuldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla