Yuxarı

“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

28 məktəbli beynəlxalq olimpiadalara hazırlıq proqramına vəsiqə qazandı

Azercell Telekom MMC-nin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlığı çərçivəsində təşkil olunan “Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin finalı keçirilib.

Üç mərhələdən ibarət seçim turunda ölkə üzrə ümumilikdə 4000-ə yaxın 6 və 7-ci sinif şagirdləri iştirak edib. Nəticədə 162 nəfər finala vəsiqə qazanaraq Azərbaycan Texniki Universitetində keçirilən son etapda öz bilik və bacarıqlarını nümayiş etdirib. Finalçılar üç saat ərzində beş alqoritmik məsələni C++ və Python proqramlaşdırma dillərində həll edərək tapşırıqları avtomatik qiymətləndirmə sistemi vasitəsilə sınaqdan keçiriblər.

Yekunda Bakı, Quba, Gəncə, Balakən, Şəki, Sumqayıt və Göyçaydan olan 28 məktəbli qalib elan olunub. Müsabiqənin qalibləri cari ilin oktyabr ayından etibarən informatika üzrə beynəlxalq olimpiadalara hazırlıq proqramına qoşulacaq.

2017-ci ildən başlayaraq informatika üzrə beynəlxalq olimpiadalara hazırlıq təşəbbüsünə dəstək verən Azercell, artıq dördüncü ildir ki, “Azercell CUP” yarışmasını təşkil edir. Bu müsabiqə gənc nəslin informatika, proqramlaşdırma və kompüter elmlərinə marağını təşviq etməklə yanaşı, onların bu istiqamətlərdə bacarıqlarının inkişafına töhfə verir.

Tarix
2025.07.10 / 16:13
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Suriya prezidenti ilə geniş tərkibdə görüşü oldu

Suriya prezidenti Azərbaycana gəldi - Foto

Tovuz döyüşləri: Erməni obyektləri "Harop"la belə vuruldu - Video

Azərbaycan bu seçkilərdə qələbə qazandı

Anar Abdullayev həbs olundu

PKK tərk-silah olur: ilk qrupun silahları yandırmasının mənası...

Quterreş Əliyevlə Paşinyanın görüşünü yüksək qiymətləndirdi

Putin postsovet ölkələrinə müdaxilə üçün fərman imzaladı

Azərbaycan Ukraynaya indiyədək nə qədər yardım edib?

Rusiyanın Azərbaycana qarşı şaftalı savaşına Belarus da qoşuldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla