
Putin ABŞ-ın yeni sanksiyalarına hazırdır – NYT
15:11
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
Prezident İlham Əliyev Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Axar.az xəbər verir ki, Sərəncamla Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinə 650,0 (altı yüz əlli) min manat ayrılıb.
Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Tarix
2025.07.11 / 11:38
|
Müəllif
Axar.az
|