Yuxarı

Kvrişvili: Azərbaycanda çox məhsuldar görüşlərimiz oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıya ilk rəsmi səfərim zamanı Azərbaycan Prezidenti İlham Əliyev və hökumət üzvləri ilə çox məhsuldar görüşlərimiz oldu. Biz iqtisadi əlaqələrin dərinləşdirilməsi və s. məsələləri müzakirə etdik.

Axar.az xəbər verir ki, bu sözlər Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrişvilinin Azərbaycana ilk rəsmi səfərinin nəticələri ilə bağlı yaydığı məlumatda əksini tapıb.

Məlumatda deyilir ki, nazir Mariam Kvrivişvili Azərbaycan Respublikasına ilk rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və digər yüksəkvəzifəli rəsmilərlə məhsuldar görüşlər keçirib.

Nazir bildirib ki, Prezident İlham Əliyevlə keçirilən görüşdə Gürcüstanda iqtisadi inkişafın dinamikası və hökumətin müxtəlif sahələr üzrə həyata keçirdiyi siyasət, xüsusilə də enerji sektorundakı iri layihələr barədə ətraflı müzakirələr aparılıb.

“Azərbaycan Prezidentinə ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirilən islahatlar, xüsusilə enerji sektorunda planlaşdırılan böyük layihələr barədə ətraflı məlumat verdik. Görüş olduqca məhsuldar keçdi. Biz ticarət, nəqliyyat, turizm, logistika kimi sahələrdə əməkdaşlığın dərinləşdirilməsini müzakirə etdik”, – deyə, M.Kvrivişvili vurğulayıb.

Nazirin sözlərinə görə görüşdə həmçinin regionda sülh və sabitliyin əhəmiyyəti də diqqət mərkəzində olub.

Səfər çərçivəsində Mariam Kvrivişvili Azərbaycanın iqtisadiyyat naziri, energetika naziri, rəqəmsal inkişaf və nəqliyyat naziri ilə də görüşlər keçirib. Tərəflər iki ölkə arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivlərini, o cümlədən irimiqyaslı ortaq layihələri ətraflı müzakirə ediblər.

Tarix
2025.07.11 / 23:17
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Suriya prezidenti ilə geniş tərkibdə görüşü oldu

Suriya prezidenti Azərbaycana gəldi - Foto

Tovuz döyüşləri: Erməni obyektləri "Harop"la belə vuruldu - Video

Azərbaycan bu seçkilərdə qələbə qazandı

Anar Abdullayev həbs olundu

PKK tərk-silah olur: ilk qrupun silahları yandırmasının mənası...

Quterreş Əliyevlə Paşinyanın görüşünü yüksək qiymətləndirdi

Putin postsovet ölkələrinə müdaxilə üçün fərman imzaladı

Azərbaycan Ukraynaya indiyədək nə qədər yardım edib?

Rusiyanın Azərbaycana qarşı şaftalı savaşına Belarus da qoşuldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla