Yuxarı

Ədliyyə orqanlarına qəbulla bağlı imtahan keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ədliyyə Nazirliyi Dövlət İmtahan Mərkəzi ilə birlikdə ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı keçirib.

Bu barədə Axar.az-a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İmtahanda iştirak edən 91 namizəddən 40 nəfəri uğur qazanaraq növbəti mərhələdə iştirak şansı qazanıb. Namizədlər test imtahanını yekunlaşdırdıqda topladıqları bal barədə məlumatla tanış olmaq imkanına malik olublar.

Qeyd edək ki, uğur qazanmış namizədlər müsabiqənin söhbət mərhələsində iştirak etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlərini 15 iş günü ərzində, saat 9:00-dan 18:00-dək Ədliyyə Nazirliyinin İnsan resursları idarəsinə (Bakı şəhəri, İnşaatçılar prospekti 1) təqdim etməlidirlər.

Namizədlərin təqdim etməli olduğu sənədlərin siyahısı ilə linkə keçid edərək tanış olmaq mümkündür.

Təqdim etdiyi sənədlərə görə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsinə buraxılacaq və onlarla fərdi qaydada söhbət aparılacaqdır. Söhbətin keçirilmə vaxtı və yeri barədə namizədlərə əvvəlcədən məlumat veriləcəkdir.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 15-16 iyul tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında fəaliyyət göstərəcək (Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299).

Tarix
2025.07.13 / 18:05
Müəllif
Axar.az
Digər xəbərlər

Əbu-Dabi görüşündən kadrarxası görüntülər - Video

Azərbaycan NATO-ya üzv olur, Türkiyə bazaları gəlir...

Azərbaycanlı polis rəisi Rusiyada saxlanıldı

Azərbaycan bu ölkəni təbrik etdi

Bakı ilə bu ölkə arasında viza məsələsi müzakirə olunacaq

Bakı və Kiyev qaz təchizatını müzakirə etdi

Suriya lideri Bakıda İsrail rəsmiləri ilə görüşüb

İlham Əliyev Milatoviçi təbrik etdi

Rusiya Zəngəzur dəhlizinin bahalığından “narahat” oldu

Türkiyə ilə Ermənistan arasında yeganə hüquqi sənəd...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla