Yuxarı

BDU-da şəhid övladları olan abituriyentlər üçün infotur keçirilib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Dövlət Universitetinin "BDU könüllüləri" təşkilatı və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə şəhid övladları olan abituriyentlər üçün infotur keçirilib.

Əvvəlcə BDU rektoru Elçin Babayev “Zəfər tarixi” lektoriyasında şəhid övladları ilə görüşüb. Rektor Elçin Babayev BDU-nun Azərbaycan elmi, təhsili, ictimai-siyasi həyatında oynadığı mühüm rolu barədə məlumat verib, Universitetin ən böyük məzununun Ümummilli Lider Heydər Əliyev olduğunu bildirib. O, Universitetin əsas missiyasının milli-mənəvi dəyərlərə, dövlətçiliyə bağlı vətəndaş və yüksəkixtisaslı mütəxəssis yetişdirmək olduğunu xatırladıb: “Siz ölkəmizin azadlığı uğrunda gözünü qırpmadan həlak olan, qəhrəmanlıqları ilə tarix yazan şəxsiyyətlərin övladlarısız. Onlara layiq olacağınıza, həyatda, təhsildə uğurlar qazanacağınıza əminik. Hər addımınızda dövlətimiz və xalqımız sizin yanınızdadır”.

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova BDU-nun ölkəmizdə ali təhsilin flaqmanı olduğunu, burada tələbələr üçün keyfiyyətli təhsil və tədqiqat mühiti yaradıldığını, son illər Universitetin beynəlxalq reytinqlərdə sürətlə irəlilədiyini bildirib. O, tədbirin əsas məqsədinin şəhid övladları olan abituriyentlərin ixtisas seçiminə dəstək vermək, onlarla maraqlı və motivasiya dolu bir gün keçirmək olduğunu vurğulayıb: “Bu il 60-a yaxın şəhidimizin övladı orta məktəbdən məzun olub. Hansı universiteti, hansı peşə və ixtisası seçmələrindən asılı olmayaraq, onların hər birinin seçiminin düzgün olacağına inanırıq” .

Sonra şəhid övladları Universitetin Heydər Əliyev muzeyi və Heydər Əliyev lektoriyasını ziyarət ediblər. Onlar Ümummilli Liderin zəngin həyat yolu və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponat və məlumatlarla tanış olublar. Qonaqlar BDU-nun Faydalı qazıntılar muzeyi, Təkamül muzeyinə baxış keçiriblər.

Universitetin “Tələbə məkanı”nda abituriyentlər üçün BDU-da tədris prosesi, fakültə və ixtisaslar, elmi tədqiqat mühiti, sosial və akademik dəstək mexanizmləri, tələbə həyatı barədə məlumatlandırıcı infossesiya keçirilib.

Sonda şəhid övladlarına Universitetin ekoloji yönümlü layihələri, burada yaradılmış yaşıl zonalarla bağlı məlumat verilib. Onlar BDU-nun “Eko Məkanı”ı, Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi, tədris binaları, kampusu ilə tanış olublar.

Tarix
2025.07.17 / 15:38
Müəllif
Axar.az
Digər xəbərlər

Şıxlinski mənim xahişimlə saxlanıldı, Nisanovun bazarı... - Mironov

Liderlər Şuşada - Fotolar

Əliyevlə Berdiməhəmmədov Yuxarı Gövhər Ağa məscidində - Foto

Yermak: Tramp yalnız bununla müharibəni bitirə bilər

Əliyevlə Berdiməhəmmədov Daşaltı kəndinin fonunda... - Foto

Mironovdan Azərbaycan bayrağı ilə bağlı açıqlama

Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar - Foto

Berdiməhəmmədov Füzuliyə getdi, Əliyev qarşıladı - Foto

Azərbaycan XİN İraqa başsağlığı verdi

Azərbaycanlı MMA döyüşçüsü Rusiyadan deport edilir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla